Daşınmaz əmlak bazarının aparıcı şirkətləri yenidən Bakıya toplaşacaq
Əmlak Məsələləri Dövlət Kömitəsi bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərgi 23-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Ölkə iqtisadiyyatında həyata keçirilən uğurlu islahatların nəticəsini və bir çox sahələr kimi daşınmaz əmlak bazarının yerli və xarici investorlar üçün cəlbediciliyini nəzərə alaraq cari ildə baş tutacaq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir.
Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.
Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu məqsədlə, komitə tərəfindən sərgidə yaradılacaq povilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elktron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Qeyd edək ki, bu ilki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin povilyonlarının yaradılması kimi yeniliklərdə nəzərdə tutulur. Belə ki, burada həmin müəssisələrin maliyyə durumu, iqtisadi göstəriciləri, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Bundan başqa sərgidə komitənin məsləhət xidmətləri də fəaliyyət göstərəcək. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.
Sərginin ən cəlb edici cəhətlərindən biri də buradada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Burada əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.
Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaqdır. Odur ki, bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələrin qurulması vacibdir. Hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının BƏƏ-dəki Səfirliyi və Dubaydakı Konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.
Xatırladaq ki, ötən ilin noyabrın 22-24 tarixlərində Bakı Expo Mərkəzində Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilib. Sərgini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ziyarət etmişdilər.
Sərgidə Türkiyə, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Lüksemburq və Kipr olmaqla 11 xarici ölkə iştirak etmişdir. Ümumilkdə isə 91 yerli, 152 beynəlxalq şirkət sərgiyə qatılmışdı. Qeyd edək ki, 12 ölkənin iştirakçıları öz layihələrini 5400 peşəkar ziyarətçiyə təqdim etmişdilər. Bununla yanaşı sərgidə investisiya fondları, ticarət və ipoteka bankları, lizinq şirkətlərinin xidmətləri nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 5 saat əvvəl
-
6 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)




