Technol mühərrik yağları Mercedes-Benz və Cummins şirkətləri tərəfindən təsdiqləndi
Artıq Technol mühərrik yağlarının istifadəsi Mercedes-Benz və Cummins şirkətləri tərəfindən tövsiyə olunmaqdadır.
(®️) Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı Technol istehsal etdiyi mühərrik yağları üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqini əldə etdi. Şirkətin istehsal etdiyi TECHNOL PLATINUM seriyalı 5W-30 mühərrik yağları Mercedes-Benz şirkəti tərəfindən test edilərək 229.51 saylı təsdiqə, TECHNOL POWER LD seriyalı 10W-40 yağları isə Cummins şirkəti tərəfindən test edilərək CES 20081 təsnifata layiq görülüb.
Mercedes-Benz şirkətinin 229.51 təsdiqinə uyğun olaraq istehsal edilən TECHNOL PLATINUM 5W-30 mühərrik yağları az miqdarlı kükürd, fosfor və sulfatlı kül tərkibinə malik olmaqla həm benzin, həm də xüsusi filtrlə təchiz edilmiş/edilməmiş dizel mühərriklərində istifadə üçün nəzərdə tutulub.
Cummins əsası 1919-cu ildə qoyulmuş, benzin və dizel mühərrikləri, filtrasiya məhsulları və elektrik generatorları istehsal edən və bölgüsünü həyata keçirən transmilli Amerika şirkətidir. TECHNOL POWER LD seriyalı 10W-40 yağları Cummins şirkətinin mühərrik yağlarına qarşı müəyyən etdiyi mühəndislik tələblərini tam qarşılayır.
Müvafiq tələblərə cavab verdiyi üçün bu gün qeyd olunan Technol mühərrik yağlarının istifadəsi Mercedes-Benz və Cummins şirkətləri tərəfindən tövsiyə olunmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Technol şirkəti cari ilin əvvəlində Amerika Neft İnstitutunun mühərrik yağlarının lisenziyalaşdırma və sertifikatlaşdırma proqramında uğurla iştirak edərək istehsal etdiyi mühərrik yağları üzrə sertifikatla təltif olunub. Sertifikat, Şirkətin istehsal etdiyi mühərrik yağlarının ABŞ, eləcə də beynəlxalq avtomobil və mühərrik istehsalçıları tərəfindən irəli sürülən və ümumilikdə yağ sənayesi üzrə müəyyən edilmiş performans tələblərini tam olaraq qarşıladığını təsdiq edir.
Müştəri məmnuniyyətinə hər zaman diqqət yetirən Technol şirkətində müvafiq beynəlxalq sertifikatların və məhsullar üzrə təsdiqlərin alınması prosesi davam etməkdədir.
Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001 2015 standartı tətbiq olunub.
Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 32 d. əvvəl
-
48 d. əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
-
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
1 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
1 saat əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
1 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Ən çox oxunanlar

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
