"Gömrük güzəştləri ilə bağlı dəyişiklik edilmiş Qaydaların araşdırılmasına ehtiyac var"
Azərbaycanda şəxsi istifadə üçün xaricdən malların gətirilməsi qaydaları sərtləşdirilir: həm gətirilən məhsula tətbiq edilən güzəşt limiti kəskin azaldılır, həm də güzəştdən istifadə ayda bir dəfəyə endirilir. Belə ki, Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, indiki dövrdə pandemiya ilə bağlı tətbiq edilən karantin rejimində belə bir qərarın verilməsi heç də uğurlu hesab edilə bilməz. Onun sözlərinə görə, insanlar qiymət fərqinə bağlı olaraq öz ehtiyacları üçün malları əsasən qonşu ölkələrdən gətirir və ya alırdılar. Lakin yeni qərarın tətbiqi nəticəsində ailə həmin məhsula daha çox xərc çəkməli olacaq ki, bu da onun büdcəsinin daha da azalmasına səbəb ola bilər.
Eyni zamanda, limitdən istifadənin bir dəfə ilə məhdudlaşdırılması məsələni daha qəlizləşdirir.
"Həmçinin, əgər əvvəlcə güzəşt tətbiq edilərkən ay ərzində hissə-hissə gətirilən malların məbləğləri toplanırdısa, yeni qərarla sadəcə bir dəfə güzəşt tətbiq edilir, yəni bir dəfə limitdən aşağı məbləğ olsa da artıq icazəniz "yanır". Məsələn, siz 50 dollarlıq məhsul gətirirsinizsə, artıq tətbiq olunan limitdən istifadə etmiş sayılırsınız. İkinci dəfə gətirilən 50 dollarlıq məhsul üçün artıq rüsum tətbiq ediləcək", - deyə ekspert bildirib.
Qeyd edək ki, bu kimi qərarları yerli istehsalın yetərli inkişafından sonra tətbiq etməyi daha məqsədəuyğun hesab etmək olar.
Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, bu qərar sui-istifadə halları ilə əlaqədar verilsə də, onun yenə də araşdırılmasına ehtiyac var.
"Bizdə çoxlu vergidən yayınma halları var. Sui-istifadə halları çoxdur. Güzəştdən istifadə edib külli miqdarda mal gətirirlər. Xüsusilə də, yəqin ki, qərar ölkəyə gətirilən telefon və bir sıra digər məhsullarla əlaqədardır. Vergidən yayınma çox olub ki, belə addım atılıb. Dünya təcrübəsini də götürsək, güzəşt tətbiq edilən limit elə də çox deyil. Yəqin ki, müəyyən araşdırmalar aparıb, qərar veriblər. Amma düşünürəm ki, araşdırmağa ehtiyac var. Hələlik dəyişikliklə bağlı hər hansı təklifdən danışmaq tezdir. Yeni qərar 1-2 ay işləyəndən sonra dəyişikliklə bağlı fikir bildirmək olar", - deyə millət vəkili bildirib.
Dövlət Gömrük Komitəsi sözügedən məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.
Xatırladaq ki, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1 500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























