"Bəzi vergi dərəcələrinin artırılması müzakirə oluna bilən məsələlərdəndir"
“Koronavirus infeksiyasının dünyada neft-qaz istehsal və emal edən dövlətlərin gəlirlərinə də müəyyən qədər təsirləri var”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, Azərbaycanın da ümumdaxili məhsulunda (ÜDM) geriləmə və azalmalar, hər iki amil nəzərə alınmaqla rəqəmlər şəklində ifadə olunub: “Qeyri-neft, qaz sektorunda cəmi 1.6 faiz azalma qeyd olunur. Lakin vergi daxilolmaları bir və ya bir neçə amildən asılı deyil. İqtisadi fəallığa təsir edən müəyyən hallar var. 2020-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları 103.5 faiz icra olunub. Sosial sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz tapşırıqları isə 113.2 faiz icra edilib.
Sual yarana bilər ki, müəyyən fəaliyyət sahələri bağlandığı halda bu növ büdcə proqnozlarının artıqlaması ilə həyata keçirilməsi hansı səbəbdəndir.
Burada xüsusilə qeyd etmək istəyirəm ki, bu, son bir neçə ildə həyata keçirilən ardıcıl və sistemli şəffaflaşma tədbirləri nəticəsindədir. Sahibkarlar dövlətin çağırışına cavab olaraq istər iş yerlərini, istərsə də işçi sayını dəqiq göstərirlər. Ümumiyyətlə, əmək bazarında kifayət qədər böyük şəffaflaşma var. Qeyri-neft və qeyri-dövlət sektorunda bu gün 760 min işçi fəaliyyət göstərir. Yəni yanvar-iyul ayları ərzində qeyri-neft və qeyri-dövlət sektorunda 121.1 min iş yeri açılıb. Bu, təbii ki, sosial sığorta üzrə dövlət büdcəsinə vaxtında daxilolmaları təmin edib”.
S. Musayeva bildirib, iqtisadiyyatın ayrı-ayrı sahələrində dövriyyələr təbii olaraq kifayət qədər geriləyib: “Məsələn, ictimai iaşə obyektlərində və turizm sahəsində... Ayrı-ayrı sahələrdə geriləmə və azalmalar olsa da, xüsusilə qeyri-neftin sənaye sektorunda irəliləyiş, artım tempini müşahidə edirik. Şəffaflaşma da bura öz töhfəsini verir. Hələ ki, büdcə gəlirlərinin təmin olunmasında hansısa ciddi suallar, problemlər yoxdur. Amma təbii ki, dövlət büdcəsinin tərtibi, dəyişdirilməsi bütün aidiyyəti orqanların iştirakı ilə ciddi bir prosesdir. Mütəmadi olaraq mövcud iqtisadi vəziyyət təhlil olunmaqla lazım olsa, qanunla müəyyən olunmuş qaydada büdcənin korreksiyasına baxıla bilər. Amma bu gün dövlət büdcəsinin vergi gəlirləri və sosial sığorta üzrə gəlirləri artıqlaması ilə icra olunub”.
O qeyd edib ki, yeni vergi dərəcələrinin artırılması hər il büdcə vergi siyasəti çərçivəsində növbəti il üçün müzakirə olunur: “Bu il də növbəti ilin dövlət büdcəsi çərçivəsində büdcə vergi siyasətinin istiqamətləri müəyyən olunur. Hesablamalar, iqtisadi aktivlik nəzərə alınmaqla, İqtisadiyyat və Maliyyə nazirlikləri, aidiyyəti dövlət orqanlarının iştirakı ilə bəzi vergi dərəcələrinin artırılması da müzakirə oluna bilən məsələlərdəndir. Hələ bununla bağlı razılaşdırılmış qanun layihəsi olmadığına görə, hansısa parametr deyə bilməyəcəyəm. Bu, il ərzində baş verən proses deyil. Qanunvericiliyə hər hansı dəyişiklik ediləcəyi halda belə, bu, növbəti ilin dövlət büdcəsi çərçivəsində 1 yanvar 2021-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklə əhatə olunacaq”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
5 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
6 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























