Prezidentdən “Azərsu” və SOCAR-a tapşırıq - SƏRƏNCAM
15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyuları qazılacaq
Azərbaycan Respublikasının Prezident "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncama əsasən, “Azərsu” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etməlidirlər.
Bu məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” ASC-yə 756 min manat ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Rayonun adı | Quyuların sayı, ədəd | Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
| Balakən | 1 | Sarıbulaq kəndi | 2631 |
| Beyləqan | 1 | Mil qəsəbəsi | 2456 |
1 | Milabad qəsəbəsi | 2465 | ||
1 | Yeni Mil qəsəbəsi | 2313 | ||
| Bərdə | 1 | Xanxanımlı kəndi | 398 |
1 | İkinci Nazırlı kəndi | 817 | ||
1 | Kələntərli kəndi | 2100 | ||
| Biləsuvar | 1 | Təzəkənd kəndi | 1879 |
| Cəlilabad | 1 | Üçtəpə kəndi | 8179 |
| Goranboy | 1 | Xınalı kəndi | 1018 |
1 | Yolqulular kəndi | 819 | ||
| Kürdəmir | 1 | Şilyan kəndi | 5436 |
| Quba | 1 | Vladimirovka kəndi | 3230 |
| Neftçala | 1 | Xol Qarabucaq kəndi | 2724 |
| Şabran | 1 | Çölquşçu kəndi | 901 |
1 | Pirəmsən kəndi | 862 | ||
| Şəmkir | 1 | Dəllər Cırdaxan kəndi | 3145 |
| Tərtər
| 1 | İsmayılbəyli kəndi | 1549 |
1 | Sarov kəndi | 1870 | ||
1 | Səhləbad kəndi | 2142 | ||
| Ucar | 1 | Qazyan kəndi | 6868 |
| Yardımlı | 1 | Mirimli kəndi | 1642 |
| Zaqatala | 1 | Aşağı Tala kəndi | 7304 |
1 | Göyəm kəndi | 2374 | ||
Cəmi: | 24 | 24 | 65 122 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








