SOCAR-ın rəhbərləri Prezidentin iradlarını müzakirə etdi
Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər şurasının üzvlərinin "SOCAR Tower"də iclası keçirilib.
SOCAR-ın yaydığı məlumata görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin 06 avqust 2020-ci il tarixində Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri və o cümlədən, SOCAR barədə səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə son 15 ildə SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilib, qlobal və regional əhəmiyyətli bir çox meqa-layihələri həyata keçirməyə nail olub. Hazırkı dövrdə inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmağın və koorparativ idarəetmə sistemini təkmilləşdirməyin əhəmiyyəti vurğulanıb. Effektli bazar iqtisadiyyatı modelini əsas götürərək, müasir rəqəmsal şirkətə transformasiyamız bundan sonra daha da sürətlənməsi, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb.
"Hələ bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını "McKinsey" şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır. Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır. Bunun üçün idarəetmə modelinin bütövlükdə təkmilləşdirilməsi, funksional idarəetməni mərkəzləşdirməklə yanaşı, əməliyyatlarımızın çevikliyinə nail olunması, ən əsası da bürokratik proseslərin sadələşdirilməsi mütləq şərtdir. SOCAR artıq bir müddətdir ki, bu istiqamətdə irəliləyir və indi, cənab Prezidentin haqlı iradlarını əsas götürərək, atdığı addımları daha da sürətləndirmək əzmindədir",- şirkətin məlumatında deyilir.
Xatırladaq ki, Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə bildirmişdir:
"Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.
Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait.
Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.
Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz".
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat sonra
-
10 d. əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
-
53 d. əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən çox oxunanlar
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı





.jpg)






.jpg)





