“Sabahın Sahibkarları”-na Ziraat Bank dəstəyi davam edir!
(®️) Ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə “Ziraat Bank Azərbaycan” ASC də qoşularaq, bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsinə dəstək vermişdir. Xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir.
Ölkə olaraq keçdiyimiz bu çətin günlərdə Ziraat Bank Azərbaycan İqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv olaraq iştirak edir. Ziraat Bank tərəfindən özünüməşğulluq idarəsində kursu bitirərək peşə sahibi olan şəxslərə, gözəllik salonu, tekstil məhsullarının istehsalı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaqları üçün lazımi avadanlıqlar ilə təmin edilmişdir.
Bu günə qədər Bakı, Salyan, Sumqayıt, Mingəçevir və digər ərazilərdə yaşayan ailələrə öz işlərinin qurulmasında dəstək göstərilmişdir. Ümumilikdə paytaxt və bölgələrdə bir çox ailə özünüməşğulluq proqramı çərçivəsində Bankın dəstəyi ilə əhatə olunacaqdır.
Əlavə olaraq qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC “Türkiyə Ziraat Bank”-nın 156 illik təcrübəsi ilə 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























