“Günay Sığorta”nın yığımları 70% artıb
(®️) Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” şirkəti fəaliyyətini uğurla davam etdirir. Belə ki, şirkətin 2019 və 2020-ci illər üzrə 6 aylıq nəticələrini müqayisə etsək sığorta yığımlarında 70% - dək artımın şahidi olarıq. 2019-cu ildə ilk 6 ayında şirkət 2,6 mln manat, 2020-ci ilin ilk 6 ayında şirkət 4,2 mln manat sığorta haqqı toplamışdır. 2020-ci ilin 6 ayının yekunu üzrə mənfəət keçən ilin müvafiq dövrünə nisbətən kəskin artmışdır və sığortalıların sayına gəldikdə isə 2019-cu ilin ilk 6 aylıq nəticəsi ilə müqayisədə 2020-ci ildə 66% artım olmuşdur.
Şirkətdə korporativ idarəetmə tətbiqinə başlanmış, satış şəbəkəsinin coğrafiyasının genişləndirilməsi istiqamətində işlər görülmüş, müştəri məmnuniyyəti səviyyəsinin daha da artırılması istiqamətində addımlar atılmışdır. “Günay Sığorta” ASC ölkə başçısı tərəfindən qəbul olunmuş Strateji Yol Xəritələrinin icrasını əsas tutaraq regionlarda sığorta sektorunda yeni iş yerlərinin açılması istiqamətində fəliyyətini davam etdirməyi planlaşdırır. Karantin müddəti bitdikdən sonra şirkətin yeni filiallarının açılışı həyata keçiriləcək.
Qeyd edək ki, karantin müddətində şirkət müxtəlif sosial layihələrlə əhaliyə dəstək oldu. "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihəsi çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində vətəndaşlara dezinfeksiyaedici məhlul, qoruyucu maska, salfet və maarifləndirici materiallar paylanıldı. Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürüldü. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində yaşayan ümumilikdə 100 imkansız ailəyə, bir aylıq ərzaq yardımı təqdim edildi. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayonunda yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumat tabloları yerləşdirilmiş uşaq meydançası balaca sakinlərin istifadəsinə verildi və uşaqlara müxtəlif hədiyyələr paylanıldı. Koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ön cəbhədə olan polislərə 2 iyul Azərbaycan Polisi günü münasibətilə “Təşəkkürnamə” və müxtəlif hədiyyələr təqdim edildi. Korporativ Sosial Məsuliyyət siyasəti ilə seçilən “Günay Sığorta” şirkəti tərəfindən davamlı olaraq sosial layihələr icra ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















