Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi
İyulun 8-də Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 320 vatt olan 9416 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb. Stansiyada alçaq və yüksək gərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, ən müasir siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.
Yeni quraşdırılmış Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılıb.
Ali Məclisin Sədri İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, gələcəkdə də Naxçıvanda yeni Günəş və külək elektrik stansiyalarının tikintisinin davam etdiriləcəyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
23 d. əvvəl
FAB Yaxın Şərq və Şimali Afrika bazarlarına böyük ixraca hazırlaşır
- 44 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclasını keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
FAB Yaxın Şərq və Şimali Afrika bazarlarına böyük ixraca hazırlaşır
Neft qiymətləri aşağı düşür
5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan az deyil
"Bahar" yatağında böyük potensial var"
Spotify qiymət artıracaq
Ən çox oxunanlar
Google, Nvidia-ya rəqib olur
Azərbaycan şirkəti dünyada nüfuzlu daşınmaz əmlak sərgində layihələrini təqdim edib
"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"
Neokart sahibləri Black Friday-də 5% keşbek qazanacaq!
"AFB Bank"da yeni direktor təyinatı
"Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır"
















.jpg)





