"Azərbaycanın kiçik sığorta şirkətlərinin iş imkanları azalacaq"
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun artımının hökumət tərəfindən tənzimlənən tariflərdən asılı olduğunu bildirib.
Agentlin məlumatına görə, həyat sığortası ölkənin sığorta sektorunun kiçik bir hissəsini təşkil edir və iqtisadiyyata girişi ("insurance penetration rate") orta səviyyədə olması səbəbindən ortamüddətli böyümə potensialına malikdir.
Agentliyin məlumatında deyilir ki, Azərbaycanın sığorta sektorunun konsentrasiyası yüksək səviyyədədir və bu, sektorda az şirkətin olmasından və bir neçə şirkətin böyük bazar payına sahib olmasıdır. "Fitch" sektorda artan konsentrasiyanın və seqmentlərin daralmasının kiçik sığorta şirkətlərinin iş imkanlarının azalmasına və bazara girişinin məhdudlaşacağına gətirib çıxaracağını gözləyir.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 355 milyon 907 min manat həcmində sığorta haqqı yığılıb və 136 milyon 799 min manat həcmində ödəniş həyata keçirilib. Beləliklə, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 11,5%, ödənişlərdə isə 45,9% artım qeydə alınıb.
APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























