Azərbaycanın tanınmış mağazalar şəbəkəsinin satışları kəskin artıb
Telefonlar və məişət texnikasının satışı ilə məşğul olan mağazaları idarə edən "Baku Electronics" MMC 2019-cu ili 4 milyon 466 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ötən il şirkətin xalis mənfəəti 691 min manat və ya 18,3% artıb. "Baku Electronics" 2018-ci ili 3 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə "Baku Electronics"in satışdan gəlirləri 62 milyon 68 min manat və ya 68,6% artaraq 152 milyon 529 min manat təşkil edib. Şirkət 2018-ci ildə satışdan 90 milyon 461 min manat gəlir əldə etmişdi.
Ötən il "Baku Electronics"in cəmi aktivləri 30 milyon 505 min manat və ya 48,7% artarq 93 milyon 756 min manata çatıb. Aktivlərin artmasına məhsul ehtiyatının və qısamüddətli debitor borclarının artması səbəb olub.
Ötən ilin mənfəəti hesabına şirkətin cəmi kapitalı 31,1% artaraq 18 milyon 815 min manat yüksəlib.
Ötən ilin sonunda "Baku Electronics" 74 milyon 260 min manat cəmi öhdəliklərə malik olub. Bu öhdəliklərin 44 milyon 831 min manatını bank kreditləri təşkil edib.
1994-cü ildən fəaliyyət göstərən "Baku Electronics" MMC Türkiyədə yerləşən “NAB Holdinq”ə daxildir.
31 Dekabr 2019-cu il tarixinə "Baku Electronics" MMC-nin balans hesabatı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























