“Unicapital” İnvestisiya Şirkətinə yeni rəhbər təyin olunub
“Unicapital” İnvestisiya Şirkətinin Səhmdarının qərarı ilə Tahir Qəribov “Unicapital” İnvestisiya Şirkəti” ASC-nin baş meneceri təyin olunub. Tahir Qəribov bu vəzifəyə təyin olunanadək “Unicapital” Müşahidə Şurasının müşaviri vəzifəsində çalışıb.
Unibank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Tahir Qəribov Unibank komandasına 2010-cu ildən qoşulub. O, bankda “Lizinq Əməliyyatları Departamentinin rəhbəri”, “İdarə Heyəti sədrinin törəmə təşkilatları üzrə müşaviri”, “İnvestisiya Bankçılığı Departamentinin direktoru” və digər vəzifələrdə işləyib. 2018-ci ildən isə “Unicapital” İnvestisiya Şirkətində çalışır.
Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində “Unicapital” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də xarici və yerli qiymətli kağızlara yatırım etmək istəyən yerli hüquqi və fiziki şəxslər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.
“Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























