Bank VTB (Azərbaycan) şöbə müdiri axtarır
Pulların yuyulması/terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edib.
Tələblər:
-hüquq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
-Bankda PY/TMM sahəsində iş təcrübəsi (azı 3 il);
-Azı 3 illik rəhbər vəzifədə iş təcrübəsi arzu olunandır;
-Analitik bacarıqlar, geniş məlumat bazası ilə işləmək bacarığı;
-Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və “Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərininleqallaşdırılmasına (yuyulmasına) və -terrorçuluğunmaliyyələşdirilməsinəqarşı mübarizə haqqında” Qanunu ilə tanışlıq;
-Risk-menecment, bank kreditləşməsi sahəsində biliklər;
-rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparma bacarığı;
-MS Office – Excel yüksək səviyyədə bilmək;
-Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı;
Vəzifələri:
-Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğunmaliyyələşdirilməsinəqarşı mübarizə (PY/TMM) məqsədi ilə xüsusi daxili nəzarət proqramlarının reallaşdırılması;
-məlumatın sənədləşdirilməsi, materialların təhlili və ümumiləşdirilməsi ilə bağlı informasiya-texniki işlərin icrası;
-pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədi ilə daxili nəzarətin həyata keçirilməsi üzrə Bankın struktur bölmələri və filiallarında monitorinqin aparılması;
-həyata keçirilən əməliyyatlar və əqdlərin iştirakçılarının yoxlanılması, şübhəli əməliyyatların aşkar olunması, əməliyyatların dayandırılması və onların həyata keçirilməsindən imtina daxil olmaqla cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğunmaliyyələşdirilməsinəqarşı mübarizə (PY/TMM) üzrə Bankın struktur bölmələri və filiallarının işinin təşkili və ona nəzarət;
-cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) və ya terrorçuluğunmaliyyələşdirilməsiməqsədi ilə həyata keçirilməsinə şübhə olan əməliyyatlar barədə Bankın struktur bölmələri və filiallarından daxil olan məlumatların təhlili;
-PY/TMM məqsədi ilə xüsusi daxili nəzarətin həyata keçirilməsi məsələləri üzrə Bankın əməkdaşlarına təlimlərin keçirilməsi;
-pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) məsələləri üzrə Bankın işçilərinin bilik və praktiki bacarıqlarının ilkin, planlı və plandan kənar qaydada yoxlanmasının həyata keçirilməsi;
-pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri üzrə nəzarətedici orqanların sorğularına əsasən məlumatların və informasiya materialların hazırlanması.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
3 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
5 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)
















