“Rabitəbank”ın 27-ci yaşında hər kəsi sevindirən kampaniya
®️“Rabitəbank” ASC yaranmasının 27-ci ilini xüsusi güzəştlərlə zəngin kampaniya elanı ilə qeyd edir.
“Rahat Bankçılıq” şüarını əsas tutaraq, müştərilərinin məmnunluğu üçün daim çalışan, müasir dövrün rəqəmsal bankçılıq tələblərini diqqət mərkəzində saxlayıb “Rabitəbank Mobil” tətbiqi və “RabitaBot” çatbotu ilə hər kəsin həyatını rahatlaşdıran Bank, öz 27-ci yaşında da müştəri sevgisini qazanmağa sadiq qaldı. 27 ildir, xidmət göstərməyin qüruru ilə bank müştərilərinə xüsusi güzəştlərlə zəngin kredit kampaniyası elan edir:
“20+7 Kampaniya”sı çərçivəsində nağd pul krediti əldə etmək istəyən müştərilər üçün illik faiz dərəcəsinə 7% endirim təklif olunur. Bununla yanaşı, təklif olunan kredit məbləği üçün komissiya və sığortaya da 20% endirim şamil olunur. Kampaniya müddətində müştərilər 24 aya qədər maksimum 15.000 AZN, zaminsiz maksimum 10.000 AZN-dək nağd pul krediti əldə edə biləcəklər.
Güzəştlər bununla bitmir. Daha bir möhtəşəm imkan isə “Rabitəbank”la eyni ayda, yəni iyun ayında ad günü qeyd edən müştərilərə şamil olunur. İyunda ad günü qeyd edən şanslılar isə nağd pul krediti üzrə 0% komissiya, 0% sığorta haqqına sahib olacaqlar. Xüsusi güzəştli kredit məbləği üçün illik faiz dərəcəsi isə 16% olaraq endirilib.
“20+7 Kampaniya”sı 23 iyun-31 iyul tarixlərini əhatə edəcək. Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün rabitabank.com saytını ziyarət etmək və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
28 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















