Almanların dəstəyi ilə kiçik güclü bərpa olunan elektrik stansiyaları tikiləcək
Energetika Nazirliyi və Almaniyanın Enerji Agentliyi arasında videokonfrans keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə şəhərlərin enerji təminatında bərpa olunan enerjidən istifadə və bu sahədə Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib.
Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov bildirib ki, əsas hədəf 2030-cu ilədək iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaların gücünü 17%-dən 30%-a çatdırmaqdır. Bu məqsədlə beynəlxalq təcrübənin tətbiqinə və xarici investisiyaların cəlbinə üstünlük verilir. Avropa İttifaqı, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, Dünya Enerji Şurası, Beynəlxalq Enerji Xartiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı və müxtəlif təşkilatlarla əməkdaşlıq edilir. Almaniya Enerji Agentliyi ilə bu sahədə əməkdaşlıq bərpa olunan enerjinin inkişafına töhfə verə bilər.
Videokonfransda Azərbaycan şəhərlərinin enerji sistemlərində bərpa olunan enerji texnologiyalarının tətbiqi imkanları barədə məlumat verilib. Bildirilib ki, ölkə əhalisinin böyük əksəriyyətinin şəhərlərdə məskunlaşması şəhərlərin dayanıqlı və keyfiyyətli enerji ilə təminatını zəruri edir. Energetika Nazirliyi hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda kiçik miqyaslı bərpa olunan elektrik enerjisi sistemlərinin inkişafı layihəsini həyata keçirməyi planlaşdırır. İlkin olaraq kiçik güclü bərpa olunan elektrik enerji mənbələrinin inkişafı üçün NET ölçmə (Net metering) mexanizminin tətbiqi nəzərdən keçirilir. Hazırda bankın dəstəyi ilə “Texniki tapşırıq” hazırlanır və buna müvafiq olaraq məsləhətçi şirkət seçiləcək. O da qeyd olunub ki, bərpa olunan eneri mənbələrindən istifadəyə əsaslanan şəhər enerji planlaşdırması vacib inteqrə olunmuş ssenarilər tələb edir ki, bu sahədə alman mütəxəssislərinin dəstəyi faydalı olar. Eyni zamanda Bakı şəhəri və digər iri şəhərlər üçün kiçik miqyaslı bərpa olunan enerjinin inkişafı ilə bağlı Yol Xəritəsinin hazırlanmasının əhəmiyyəti vurğulanıb və kiçik güclü bərpa olunan elektrik enerjisi qurğu və sistemlərinin şəbəkəyə inteqrasiyası sahəsində Almaniya təcrübəsinin öyrənilməsi məqsədəuyğun sayılıb.
Videokonfransda Almaniya Səfiriliyi, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, EMTA, ABEMDA, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
11 d. əvvəl
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
- 12 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclasını keçirib
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 21 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan şirkəti dünyada nüfuzlu daşınmaz əmlak sərgində layihələrini təqdim edib
-
1 saat əvvəl
"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
"Bahar" yatağında böyük potensial var"
Google, Nvidia-ya rəqib olur
"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"
Neokart sahibləri Black Friday-də 5% keşbek qazanacaq!
Ən çox oxunanlar
"AFB Bank"da yeni direktor təyinatı
"Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır"
Apple satış komandasında ixtisar aparır
Rəsmi məzənnələr açıqlandı
Yolun başlanğıcı: “PAŞA Həyat Sığorta” 15 yaşında


















.jpg)




.jpg)
