Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq ediləcək
Kənd təsərrüfatı üzrə kredit müddəti artırılıb.Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.
İqtisadiyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Bu mexanizmlərindən biri də daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilməlidir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcək.
Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.
Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.
Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.
Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb və təsdiq edilmək üçün aidiyyəti üzrə təqdim olunub. Bu layihələrdə qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinın genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.
Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni veriləcək 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək. Yeni mexanizmlərin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi, iqtisadiyyatın real sektorunun inkişafı və iqtisadi artımın dəstəklənməsinə öz müsbət təsirini göstərməklə yanaşı, girov yetərsizliyi olan sahibkarların investisiya layihələrinin icrasında əhəmiyyətli rol oynayacaqdır.
Qeyd edilən mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan elektron kredit platforması vasitəsilə həyata keçiriləcəkdir. Hazırda elektron kredit platformasının hazırlanması işləri yekunlaşmaq üzrədir.
Nəzərdə tutulan daha bir yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunacaq. Bu məqsədlə 100 milyon manat vəsait nəzərdə tutulub. Bunun 50 milyon manatı dövlət büdcəsinin vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcəkdir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların yükünü azaltmaqla yanaşı, kredit təşkilatlarının likvidliyinin təmin olunmasına müsbət təsir edəcəkdir.
Ümumilikdə qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına səbəb olacaqdır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
6 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO




















