Azərbaycanın iri holdinqi alış-veriş mərkəzini istifadəyə verib
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən Naxçıvan şəhərində yaradılan “Decoria” alış-veriş mərkəzi istifadəyə verilib.
Marja xəbər verir ki, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan “Decoria” alış-veriş mərkəzi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlı xarakter daşıdığının daha bir göstəricisidir. Mərkəzin yaradılmasına 1 milyon 600 min manat vəsait sərf olunub. Ərazisi 1800 kvadrat metrdən 4000 kvadrat metrə çatdırılan mərkəzdə muxtar respublika əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən bütün növ məişət əşyalarının, elektrik materialları və avadanlıqlarının, müxtəlif növ mebellərin, avtomobil aksesuarlarının satışı bölmələri, anbar və digər xidmət sahələri yaradılıb. Mərkəzin 3000 kvadrat metri satış bölməsinin, 1000 kvadrat metri anbar və ofis bölmələrinin payına düşür. Burada yerli məhsullarla yanaşı bir sıra xarici ölkələrin istehsalı olan 8500 çeşiddən çox məhsulun satışı həyata keçiriləcək.
Yeni istifadəyə verilən “Decoria” alış-veriş mərkəzindən mətbəx, yemək dəstlərini, elektrik materialları və avadanlıqlarını, xırdavat, təmir-tikinti alətlərini, plastik boruları, divar kağızlarını, yataq və bağça mebel dəstlərini, taxta və seyf qapılarını, hədiyyəlik əşyaları, məişət texnikalarını, dəftərxana ləvazimatlarını, təmizlik məmulatlarını, təhlükəsizlik vasitələri və geyimlərini, boya və izoliyasiya məhsullarını, hamam və avtomobil aksesuarlarını və digər malları sərfəli qiymətə əldə etmək mümkündür. Mərkəzdə kredit bölməsi də fəaliyyət göstərir ki, müvafiq sənədləri təqdim etməklə 3 aydan 6 ayadək kreditlə məhsul almaq olar. Qarşıya qoyulan əsas məqsəd ilk növbədə yerli istehsal mallarının satışını təşkil etmək, satılan malların çeşid bolluğunu və keyfiyyətini diqqətdə saxlamaqdır. Burada yerli məhsullarla yanaşı Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan məhsulların da satışı həyata keçirilir.
Qeyd edək ki, mərkəzdə nağd, eləcə də Post-terminal vasitəsilə alış-verişin həyata keçirilməsi mümkündür. Müştərilərin rahatlığı üçün ikitərəfli giriş-çıxışı yaradılan mərkəzin geniş avto dayanacaq yerləri də mövcuddur. Həyətyanı sahə abadlaşdırılıb, yaşıllıqlar salınıb. Mərkəzdə istilik və soyutma, təhlükəsizlik kameraları, yanğından mühafizə sistemləri quraşdırılıb. Hazırda burada 50 nəfər daimi işlə təmin olunub, işçilər gündəlik yemək və mövsümi geyimlə təmin edilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























