"İndi biz yumşalma addımlarımızı artırıq, çünki başqa cür mümkün deyil"
"Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür".
Marja xəbər verir ki, bunu tibbi maska fabrikinin kollektivilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident çıxışına belə davam edib:
"Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 47 d. əvvəl
-
52 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 54 d. əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi






















