Azercell veteranları təbrik etdi
Şirkət ölkədə yaşayan bütün İkinci Dünya müharibəsi iştirakçılarına sovqat payı göndərdi.(®️) “Azercell Telekom” MMC dünya müstəvisində əlamətdar tarix kimi qeyd edilən 9 may- faşizm üzərində qələbə günü münasibətilə xeyriyyə təşəbbüsünü reallaşdırıb. Koronavirus pandemiyası dövrünə təsadüf edən qələbənin 75-ci ildönümündə lider mobil operator qəhrəmanlıq və şücaəti ilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan İkinci Dünya müharibəsi veteranlarını dəyərli ərzaq sovqatları ilə sevindirib. Xeyriyyə aksiyası çərçivəsində Azercell Azərbaycanın müxtəlif şəhər və regionlarında yaşayan bütün İkinci Dünya müharibəsi veteranlarına baş çəkərək onların bayramlarını təbrik edib. Hədiyyələrin ünvanlara çatdırılmasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirib.
Xatırladaq ki, hansı müharibədə iştirak etməsindən asılı olmayaraq Vətənin müdafiəsində danılmaz xidmətləri olan bütün veteranlamıza hər zaman qayğı ilə yanaşan Azercell, 2015-ci ildən etibarən “Veteran” kampaniyasını da keçirir. Bu təklifdən yararlanan veteranlar təqvim ayı ərzində nömrələrinə birinci dəfə yüklədikləri məbləğ müqabilində eyni vəsaiti balanslarına hədiyyə qismində əldə edirlər. Qeyd edək ki, müharibə veteranı statusuna malik Fakturasız Xətt (Sim-Sim) istifadəçiləri Azercell-in Müştəri Xidmətləri ofislərinə müraciət edərək istifadə etdikləri nömrədə kampaniyanı aktiv edə bilərlər.
Azərbaycan xalqı İkinci Dünya müharibəsinin 1941-1945-ci illəri ərzində cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, qələbə naminə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl qəhramanlıq nümayiş etdirib. Azercell şirkəti müxtəlif müharibə illərində orduda döyüşən bütün veteranlarımıza uzun ömür, cansağlığı arzulayır! Bizim qələbələrimiz hələ irəlidədir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)



