Sahibkarlar üçün yeni sosial sığorta haqları müəyyən olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Qanuna təklif edilən dəyişikliklə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılıb.
Qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əmək haqqı 250 manatdır.
Hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, yəni 125 manat, digər sahələrdə 25 faizi miqdarında, yəni 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidirr. Layihəyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.
Gələn il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə tikinti sahəsində məcburi dövlət sığorta haqqı yenidən minimum aylıq əmək haqqının 50 faizi miqdarına qaldırılır, 2021-ci il yanvarın 1-dən 2026-cı ilə yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi miqdarında sosial sığorta haqqının ödənilməsi yenidən bərpa edilir, ticarət sahəsində isə 50 faiz miqdarına qayıdılmayacaq, bu göstərici minimum aylıq əməkhaqqının 25 faizi miqdarında olacaq. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.
Layihəyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər də minimum aylıq əməkhaqqının 25 faizi deyil, daha az məcburi dövlət sığorta haqqı ödəyəcəklər, kənd yerlərində yaşayan torpaq sahəsi olan insanlar üçün differensiallaşmış qaydada çox ciddi azalmalar olacaq. Başqa sözlə, aşağıdakı fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları bu qaydada müəyyən olunub:
- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında
- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında
- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında
- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında
- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
- fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri - minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
Qanuna dəyişiklik müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
11 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























