İnternational Kredit Təşkilatı daha bir xeyriyyə aksiyası keçirib
100 aztəminatlı ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı göndərilib(®️) Bank olmayan kredit təşkilatı "International" QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz Birlikdə Güclüyük!” devizi altında vətəndaşların COVİD-19 pandemiyasına qarşı həmrəylik nümayiş etdirmək çağırışına qoşulub.
Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əmakdaşlığı çərçivəsində sosial durumu həssas olan şəxslərə dəstək xarakterli tədbirlər həyata keçirir.
Təşkilat “Evdə qal!” aksiyası çərçivəsində maddi durumu pisləşən ailələrə baş çəkərək #bizbirlikdəgüclüyük devizini bir daha sübut etmiş oldu. Belə ki, sözügedən təşkilat tərəfindən 100 aztəminatlı ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı göndərilib.
Təşkilatdan bildirilib ki, İnternational Kredit təşkilatı sosial durumu həssas olan və eyni zamanda qayğıya ehtiyacı olan əhali qruplarına mütəmadi olaraq dəstək göstərir və onların həyat şəraitinin və güzəranının daha da yaxşılaşdırılması üçün həm maddi və həm də mənəvi dəstək olur.
Təşkilat bundan sonra da oz ənənələrinə sadiq qalaraq bu cür sosial və cəmiyyət üçün vacib layihələri davam edəcəyini və daima ölkə insanlarının və qayğıya ehtiyacı olan insanların yanında olacaq.
Xatırladaq ki, "İnternational" kredit təşkilatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən COVİD-19 pandemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 10 000 manat məbləğində vasait köçürüb. Təşkilat fonda köçürmə etmiş ilk təşkilatlar sırasındadır. Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən "International" QSC xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulub. Şirkət koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əlivev Fondunun prezidenti Mehriban Əliyevanın ölkədə qan xəstəliklərindan əziyyət çəkən və qana ehtiyacı olan şəxslərin ehtiyaclarının təmin edilmasi üçün təşəbbüsündə də, təşkilatın əmakdaşları fəal iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























