Dollar və funt ucuzlaşa, avro isə bahalaşa bilər
Enerji birjalarında yaranmış son mənzərə, valyuta birjalarında dollar və funtun qiymətinə mənfi, avronun isə bahalaşmasına təsir edə bilər.Beynəlxalq enerji birjalarında Amerikanın Texas neftinin qiymətində 0.03$-a kimi ucuzlaşma, Amerikanın iqtisadiyyatında da özünü göstərəcəyi gözlənilir. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında bazar uğrunda dərinləşən mübarizə, enerji birjalarında neft qiymətlərinin ucuzlaşmasına səbəb olmaqdadır. Bu mübarizədə isə Amerikanın şist neftinin rəqabət aparmaq imkanı çox azdır.
Enerji birjalarında neft qiymətlərində yaranmış son mənzərə, valyuta birjalarında dollar və funtun qiymətinə mənfi, avronun isə bahalaşmasına təsir edə bilər. Lakin enerji birjalarında cari tendensiyanın EUR/USD və GBP/USD məzənnələrində də öz əksini tapması üçün burada son iki ay ərzində formalaşmış önəmli müqavimət və dəstək səviyyələrinin qırılması lazımdır.
EUR/USD valyuta cütlüyünün qiyməti hazırda 1.08$ dəstək, 1.09$ müqavimət, GBP/USD qiyməti 1.24$ dəstək, 1.24$ müqavimət səviyyələri aralığında dalğalanmaqdadır.
Enerji birjalarında digər maraqlı məqam isə təbii qazın qiymətində müşahidə edilən sürətli bahalaşmadır. Təhlillərə əsasən, təbii qazın qiymətindəki bahalaşma 2.022$-ın qırılması ilə daha da sürətlənə bilər.
Bütün yuxarıdaki məqam və təhlillərə bu gün dərc ediləcək önəmli fundamental məlumatlar da önəmli təsir edəcəkdir. Bunlara Bakı vaxtı ilə saat 10:00-da İngiltərənin əmək bazarı, saat 13:00-da Almaniya və Avrozonanın gələcək iqtisadi gözləntilərini ölçən indeks və saat 18:00-da Amerikanın daşınmaz əmlak bazarına dair yayımlanacaq önəmli göstəricilər aiddir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 d. əvvəl
-
6 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
34 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























