Yeni xarici səhmdarların cəlb edildiyi bank qazanc gətirməyə başlayıb
“AccessBank” QSC 2020-ci ilin 1-ci rübünü 2 milyon 475 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin ilk rübünü 74 milyon 600 min manat zərər ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə AcessBank-ın cəmi əməliyyat gəlirləri 28 milyon 324 min manat, cəmi əməliyyat xərcləri isə 26 milyon 743 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 581 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 894 min manat mənfəətə əlavə edilib. Beləliklə, Bank ilk rübü 2 milyon 475 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 45 milyon 357 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 18 min manat, əməliyyat mənfəəti 17 milyon 339 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 91 milyon 939 min manat ayırdığından əməliyyat mənfəəti silinmiş və həmin rübü 74 milyon 600 min manat zərər ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB
AccessBank-ın 2019-cu ilin ilk rübündə faiz gəlirləri 22 milyon 969 min manat ikən, 2020-ci ilin ilk rübündə 25 milyon 984 min manat təşkil edib (3 milyon 15 min manat və ya 13,1% artıb). Bankın qeyri-faiz gəlirləri isə 22 milyon 388 min manatdan 2 milyon 340 min manata geriləyib. Qeyd edək ki, ötən il qeyri-faiz gəlirlərinin yüksək olması birdəfəlik “digər gəlirlər” ilə bağlı idi.
Faiz xərclərinin azalması ilə əlaqədar olaraq AccessBank-ın cəmi xərcləri də azalıb.
BANKIN BÖYÜKLÜYÜ 900 MİLYON MANATA YAXINDIR
31 Mart 2020-ci il tarixində AccessBank 895 milyon 341 min manat cəmi aktivlərə malik olub və aktivlərin 604 milyon 53 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlər 6 milyon 905 min manat və ya 1,1% azalıb.
İlk 3 ayda Bankın depozit portfeli 72 milyon 609 min manat və ya 11% azalaraq 588 milyon 351 min manata düşüb.
31 Mart 2020-ci il tarixində AcessBank 79 milyon 451 min manat məcmu kapitala malik olub.
ƏN BÖYÜK PAY ASİYA İNKİŞAF BANKINA MƏXSUSDUR
Ötən ilin Mart ayında AccessBank nizamnamə kapitalının 118,5 milyon manat məbləğində artırılmasının başa çatdığını elan edib. Kapitallaşma prosesi yeni səhmdarlara və bankın təsisçi - səhmdarı olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yeni səhmlərin emissiyası, o cümlədən mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsini əhatə edib. Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var. Bankda ən çox paya malik olan səhmdar Asiya İnkişaf Bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 23 d. əvvəl
-
-
26 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
48 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















