Kristal Abşeron MTK da qanvermə aksiyasına qoşuldu
(®️) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başlatdığı qanvermə aksiyasına Kristal Abşeron MTK da qoşulmuşdur.
“Qan ver həyat xilas et” şüarı ilə başladılan aksiya bir neçə gün davam edəcək. Bu gün başladılan aksiyada 300dən artıq şirkət əməkdaşı və sakin iştirak etmişdir. Ümumilikdə aksiya iştirakçılarının sayı 1000 nəfər olacağı gözlənilir.
Aksiyanın təşkil edilməsində məqsəd koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən soydaşlarımıza dəstək olmaqdır.
Aksiyada iştirak edən Kristal Abşeron MTK-nın müşahidə şurasının sədri Mahayət Nəbiyev bildirib:
“Hazırda ölkəmizdə 1000-dən artıq irsi qan xəstəliyindən əziyyət çəkən xəstə soydaşımız var eyni zamanda tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı qan banklarında qan azlığı müşahidə olunur. Məqsədimiz xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza dəstək olmaq və ictimaiyyəti bu xeyirxah aksiyada iştiraka dəvət etməkdir. Həmrəylik, birlik və bərabərlik nümunəsi göstərən, aksiyada iştirak edən əməkdaşlarımıza və sakinlərimizə bu işdə də yanımızda olduqları üçün təşəkkürümüzü bildiririk. Bütün qurumları və vətəndaşlarımızı bu işdə birgə olmağa çağırırıq”.
#bizbirlikdəgüclüyük
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























