Dünyada buğda ehtiyatları yeni rekord həddə çatacaq
Gələn il qlobal dənli bitki ehtiyatlarının ən yüksək tarixi həddə çatacağı proqnozlaşdırılır. Bu, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatından (FAO) verilən məlumatda qeyd edilib.
FAO 2017-ci ilin sonuna kimi qlobal dənli bitki ehtiyatlarının rekord həddə çatacağını ehtimal edərək öz proqnozlarını yeniləyib. Son olaraq dənli bitkilərin tələb və təklif məlumatına əsasən, xüsusilə buğda və xam taxılın inkişaf perspektivləri cari marketinq mövsümü başlayandan tədricən artıb. FAO hesab edir ki, dünya üzrə dənli bitki ehtiyatları ötən mövsümdən 1,4% çox olmaqla, 670 mln. tona kimi artacaq.ə
Buğda ehtiyatları yeni rekord hədd olaraq 238,5 mln. tona qədər artacaq. İnkişaf əsasən Çin, ABŞ və Rusiyanın payına düşür. Qlobal düyü ehtiyatları 171 mln. tona yüksəlib və xam taxıl ehtiyatının 261 mln. tona kimi artacağı ehtimal olunur.
2015-ci ildən 1,7% artıq olaraq, 2016-cı ildə dünya üzrə dənli bitki istehsalının 2 577 mln. tona kimi artacağı proqnozlaşdırılır. Rekord göstərici eyni zamanda düyü və qarğıdalı üçün də gözlənilir.
2017-ci ildə aşağı qiymət perspektivlərinin ABŞ-da buğda əkilən ərazilərin sahəsində azalmaya səbəb olacağı gözlənilsə də, əkinin Rusiya, Ukrayna, Hindistan və Pakistanda artacağı gözlənilir.
İnkişaf etmiş gəlirlər və əlverişli hava şəraiti Argentina və Braziliyada qarğıdalı əkinlərinin artmasına şərait yaradır.
Cənubi Afrikada qarğıdalı əkinlərinin ötən ilin səviyyəsinin 1/3-i həcmində artacağı proqnozlaşdırılır. Əlverişli hava şəraitinin 2016-cı ildə yüksək məhsul istehsalına töhfə verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)









.jpg)



