Azərbaycanın ən böyük bankının vəziyyəti məlum oldu
Azərbaycan Beynəlxalq Bankının müştərilərə verdiyi kreditlər və bu kreditlərə görə faiz gəlirləri, həmçinin qeyri-faiz gəlirləri artıb. Bank ilk rübü 75 milyon manatdan artıq əməliyyat mənfəəti ilə bağlayıb.Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəxalq Bankı” ASC 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Azərbaycan Beynəxalq Bankının cəmi əməliyyat gəlirləri 139 milyon 17 min manat, cəmi əməliyyat xərcləri isə 63 milyon 388 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 75 milyon 630 min əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 24 milyon 580 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və nəticədə Beynəlxalq Bank ilk rübü 51 milyon 50 min manat xalis mənfəətlə başa vurub.
QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Azərbaycan Beynəlxalq Bankının müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 30% və ya 14 milyon manat artaraq 60 milyon manatı keçib. Ümumilikdə faiz gəlirləri isə müqayisə olunan dövr ərzində 2 milyon 890 min manat və ya 2,7% azalaraq 105 milyon 772 min manat təşkil edib. Faiz gəlirlərində azalma banklarda və qiymətli kağızlarda yerləşdirilmiş aktivlər üzrə olub. Bankın qeyri-faiz gəlirləri isə 3 milyon 863 min manat və ya 13,1% artaraq 33 milyon 245 min manata yüksəlib.
2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Azərbaycan Beynəlxalq Bankının faiz xərcləri 1 milyon 474 min manat və ya 6,3% artaraq 24 milyon 882 min manat, qeyri-faiz xərcləri 9 milyon 25 min manat və ya 30,6% artaraq 38 milyon 506 min manat təşkil edib.
Bankın cəmi əməliyyat gəlirlərinin 973 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 10 milyon 499 min manat artıb. Nəticədə Beynəlxalq Bankın əməliyyat mənfəəti 75 milyon 630 min manat təşkil edib.
Azərbaycan Beynəxalq Bankı 2019-cu ilin ilk rübünü 130 milyon 345 min manat xalis mənfəət ilə bağlamışdı. Bu ilin ilk rübündə xalis mənfəətin azalması Bankın xərclərinin artması və əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma etməsilə bağlıdır. Ötən ilin ilk rübündə əksinə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 45 milyon 190 min manatın azad olması hesabına mənfəət 130 milyon 345 min manata yüksəlmişdi.
Beynəlxalq Bankda cəmi xərclərin artması əsasən faiz xərclərinin və 2019-cu il ərzində işçi heyətinin artması ilə bağlıdır.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ ARTIB
Beynəlxalq Bankın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 14 milyon 81 min manat və ya 30,4 faiz artaraq 60 milyon 340 min manata yüksəlib. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 12 milyon 820 min manat və ya 30% azalaraq 29 milyon 987 min manata geriləyib. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2 milyon 944 min manat və ya 26,5% azalaraq 8 milyon 151 min manata düşüb.
31 Mart 2020-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı 8 milyard 880 milyon 952 min manat cəmi aktivlərə malik olub. Bank 2019-cu ilin sonunda 9 milyard 223 milyon 361 min manat cəmi aktivlərə malik idi. Aktivlərin geriləməsi nağd pul vəsaitləri və ekvivalentlərinin azalması ilə bağlıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
İlk 3 ayda Beynəlxalq Bankın kredit portfeli (müştərilərə verilən kreditlər) 61 milyon 607 min manat artaraq ötən ilin sonundakı 2 milyard 374 milyon 984 min manatdan 2 milyard 436 milyon 591 min manata yüksəlib.
İlk rübdə Beynəlxalq Bankın digər banklardakı depozitləri 36 milyon 334 min manat azalaraq 3 milyard 180 milyon 434 min manata düşüb.
2019-cu ilin sonu ilə müqayisədə Beynəlxalq Bankın cəmi öhdəlikləri 404 milyon 910 min manat azalaraq 7 milyard 478 milyon 830 min manata, o cümlədən depozitlər 287 milyon 15 min manat azalaraq 5 milyard 348 milyon 93 min manata düşüb.
MƏCMU KAPİTALI 1 MİLYARD MANATDAN YÜKSƏKDİR
31 Mart 2020-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı 1 milyard 296 milyon 38 min manat məcmu kapitala malik olub.
Rüb ərzində Azərbaycan Beynəlxalq Bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı 33.33%, məcmu kapitalının adekvatlıq əmsalı 32.88% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















