"Gecikdirilmiş hesabatlara görə cərimə məsələsinə ayrıca baxacağıq"

Bu ilin aprel ayından tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Sistemə keçiddə yaranan problemə toxunan nazir qeyd edib ki, bu cür proseslərdə çətinliyin olması normaldır: "Hər bir prosesin keçidi çətin olur. Amma biz bu sistemə keçməliyik. Bildiyiniz kimi, Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişiklik edilib. Artıq əmək pensiyası hər bir şəxsin ancaq onun fərdi hesabında yığılan vəsaitə görə müəyyən ediləcək. Artıq baza hissəsi yoxdur. Hər hansı ümumi həmrəylik elementinə əsaslanan əmək pensiyasının tərkibi elementləri yoxdur. Ona görə də əgər əvvəllər iki ayrı hesabat verilirdi. Bunun biri məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənməsinə aid idi, biri isə həmin ödənmiş sosial sığorta haqlarının ayrı-ayrı şəxslər arasında bölgüsünə aid idi. Burada isə problemlər yaranırdı. Bu gün çox böyük vəsait var ki, bölünməyərək ümumi hesablarda qalıb. Çünki onlar bir-biri ilə düz gəlmirdi. Amma indi vahid hesabat prinsipinə keçilir. Yəni ayrı-ayrı işəgötürənlər məcburi dövlət sosial sığorta haqları barədə hesabat təqdim edəndə artıq həmin hesabatın içində həm də orada çalışan insanlar üzrə onun bölgüsü olacaq. Artıq burada bir qəpikdə olsun kənarlaşma ola bilməz. Ödənmiş məbləğ həm də hesabatın davamında kimlər üçün ödənilməsi məbləğ baxımından görünəcək. Buna keçid heç də qısamüddətli deyil. Qərar 2015-ci ildə qəbul olunub. 2 ilə yaxın müddətdə bunun üzərində iş aparılıb. İndi isə "Əmək pensiyaları haqqında" qanun qəbul edilib. Qanunun aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Belə olacaqsa, artıq bütün hesablar şəffaf olmalıdır və hər kəsin hesabına nə qədər məbləğ hesablanıb və ödənilibsə, görünməlidir. Bundan başqa, hesabat vahid hala gəlməlidir, bir hesabat olmalıdır. Mən hesab edirəm ki, ödəyicilər üçün də bu asandır. İki hesabatdansa, bir hesabat daha yaxşıdır. Çünki iki hesabat arasında problem, fərqlər yarana bilər. Bu halda vaxt itkisi də olur. Bu qədər böyük səs-küyün yaranmasının səbəbini başa düşmürəm. Çünki böyük ödəyicilərin əvvəldən də "ASAN imza"sı var idi. O ki qaldı kiçik ödəyicilərə, onlar "Elektron hökumət" portalına daxil olaraq oradan xüsusi parol, kod alıb öz hesabatlarını təqdim edə bilərlər. Burada hər hansı problem yoxdur. Amma "ASAN imza"nı alıb, onunla hesabatı təsdiq etmək fikirləri varsa, bunu edə bilərlər".
Nazir əlavə edib ki, aprelin 20-dək I rüb üzrə hesabatların təqdim edilməsində problem yaşanarsa və bu səbəbdən yubanma olarsa, cərimələrin tətbiqi məsələsinə ayrıca baxılacaq: "O ki qaldı aprelin 20-dək hesabatın təqdim edilməsinə, mən bir daha vurğulayıram ki, qeyd edilən səbəblərdən hesabatların verilməsi ilə bağlı problem yaranarsa, biz cərimələrin tətbiqi məsələsinə ayrıca baxacağıq. Bu gün əsas məsələ hesabatların vahid formada təqdim olunması və kənarlaşmanın olmamasıdır. Əgər hər hansısa bir sığortaedən orda çalışan 15 işçiyə görə 100 min manat sosial sığorta haqqı ödəyibsə, həmin 15 işçi üzrə bunun bölgüsünü həmin hesabatın içərisində göstərməlidir. Bu gün bizim məlumat bazamızdakı rəqəmlər göstərir ki, əvvəlki illərdə böyük məbləğdə ödənmiş sosial sığorta haqları bu günədək bölüşdürülməyib. Amma insanlar pensiyaya çıxanda artıq hesablarındakı vəsaitə uyğun pensiya alacaqlar. Hətta hüququ da staja görə deyil, hesablarındakı vəsaitə görə əldə edəcəklər. Ona görə də bundan sonra bu mütləq şəkildə vahid hesabat formasında təqdim edilməlidir. Bunu belə qəbul edin".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
8 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
