9100 yeni nəsil kassa aparatı, 1,3 milyard manata yaxın dövriyyə
“Bu günədək 9100 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb”.
Marjanın məlumatına görə, bunu “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfransda Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib.
“Yeni nəsil onlayn kassa aparatlarının quraşdırılmasına 2019-cu ildə başlanılıb. İndiyədək 9100 nəzarət kassa aparatı quraşdırılıb. Bu aparatlar ilə 105 milyon çek çap olunub, 1 milyard 295 milyon manata yaxın dövriyyə keçib”, - İlkin Vəliyev bildirib.
İlkin Vəliyev əlavə edib ki, yeni nəsil kassa nəzarət aparatlarının 2021-ci ilin sonunadək quraşdırılması nəzərdə tutulsa da, Dövlət Vergi Xidməti bu prosesi daha tez başa çatdırmağı nəzərdə tutur:
"Biz yeni nəsil kassa aparatlarının quraşdırılmasını sürətləndirməliyik, çünki 2021-ci ilin sonu gecdir. Çalışacağıq ki, prosesi qısa müddətdə yekunlaşdıraq".
2019-cu ildən pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil onlayn kassa aparatları quraşdırılır. Bu kassalar pul hesablaşmaları barədə məlumatları internet üzərindən Vergilər Nazirliyinin bazasına ötürür.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)


