Azərbaycanın turizm imkanları İsraildə təqdim olunur
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində iştirak edir.
Agentliyin yaydığı məlumata görə, sərgidə Azərbaycanı 80 kv. metrlik stendlə 4 hotel, 3 turoperator və “Dağ Yəhudiləri Muzeyi” təmsil edir.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olduğunu və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb: “Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.
2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158% artım hesab olunur.
Azərbaycan Turizm Bürsounun Beynəlxalq bazarların idarəedilməsi departamentinin əməkdaşı Rüfət Sadıxov 2019-cu ildə də İsraildən olan bir sıra media nümayəndələri və turizm agentlikləri üçün inforturların təşkil olunduğunu, təbliğat tədbirlərinin bu il də davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, israilli turistlərin marağına səbəb olan əsas turizm növlərindən biri də sağlamlıq turizmidir və bu səbəbdən Qalaaltı, Duzdağ, Naftalan kimi sağlamlıq turizminin mövcud olduğu yerlər barəsində daha intensiv tədbirlər görüləcək.
Sərgi çərçivəsində İsraildə ilk dəfə “Dağ Yəhudiləri Muzeyi”nin təqdimatı da baş tutub. Bu barədə danışan muzeyin icraçı direktoru İqor Şaulov bildirib ki, Qubada yaradılan muzey artıq test rejimində fəaliyyətdədir və yaxın zamanlarda rəsmi açılışı baş tutacaq. Azərbaycan stendini ziyarət edənlər muzeyə və Azərbaycandakı yəhudi irsinə böyük maraq göstərirlər. Burada vətənimiz Azərbaycanı təmil etməklə Azərbaycan və İsrail xalqları arasında mövcud dostluq münasibətlərinə töhfə verməkdən çox məmnunuq”.
Qeyd edək ki, Qubada yerləşən “Qırmızı Qəsəbə” dünya üzrə dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə məkan olaraq multikulturalizmin ən bariz nümunələrindən biri kimi əsrlərdir qorunub saxlanılır.
Azərbaycana olan maraq nəzərə alınaraq Azərbaycan Turizm Bürosu tərəfindən Bakı, Quba, Oğuz, İsmayıllı və yəhudi irsinin mövcud olduğu digər bölgələri əhatə edən turizm marşrutu hazırlanır.
Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə, həmçinin İsrail turizm agentlikləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.
Azərbaycan stendində təmsil olunan "PAŞA Travel" şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Abdurəhmanova bildirib ki, ikitərəfli biznes əlaqələri üçün İsrail uğurlu və perspektivli istiqamətdir. “İsrailli turistlər aktiv istirahəti sevirlər, onlar təkcə Bakıya deyil, Azərbaycanın digər guşələrinə də səfərlər edirlər. İsrailli turistlər üçün bir sıra turizm məhsulları yaradılır ki, burada ivrit dilində bələdçi xidmətinin olması, koşer yeməkləri və digər məqamlar nəzərə alınır. Ötən il yəhudilərin Pesax bayramı zamanı israilli turistlərin Azərbaycana gəlməsini asanlaşdırmaq üçün 3 çarter reysi də təşkil etmişik”, deyə o əlavə edib.
1994-cü ildən bəri hər il keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisinə ötən il 57 ölkədən 1870 iştirakçı qatılıb və sərgi 27 minə yaxın insan tərəfindən ziyarət edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















