FHN, İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi
Bakıda çoxmərtəbəli yaşayış binasının qarşısında transformator tikilir.
Bu barədə həmin binada yaşayan sakinlər bildiriblər.
Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3e ünvanında yaşayan sakinlərin sözlərinə görə, “Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb:
“Hazırda bizim yaşadığımız binanın qarşısında şirkət başqa bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativdə 10-15 metr aralıda olmalıdır. Binanın layihəsində 12 metr məsafə göstərildiyi halda, şirkət bunu binadan 5 metr aralıda tikməyə başlayıb. Bu transformatorda partlayışın olma ehtimalı var. Nəticədə binada yanğın ola bilər. Həmçinin elektrik yarımstansiyasında təbii şüalanma baş verir. Bu da bina sakinlərinin, həyətdə oynayan uşaqların sağlamlığı üçün təhlükəlidir”.
Sakinlər dövlət qurumlarından, şirkət rəhbərliyindən elektrik yarımstansiyasının yerinin dəyişdirilməsini istəyirlər:
“Xahiş edirik ki, elektrik yarımstansiyası normativlərə uyğun olaraq tikilsin. Bu, bizim üçün çox təhlükəlidir”.
Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, nazirlik tərəfindən Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvanında yerləşən “Baku Luks” MMC-yə məxsus yaşayış binasının ərazisində elektrik yarımstansiyasının inşaası ilə bağlı araşdırma aparılıb.
O deyib ki, FHN-ə şirkət tərəfindən heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədi təqdim olunmayıb:
“Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə və şirkətin rəhbərliyinə xəbərdarlıq edilib. Tərəfmizdən onların hər ikisinə məktublar göndərilib. Məktubda qeyd edilib ki, elektrik yarımstansiyasının tikintisi ilə bağlı razılaşdırma sənədləri yoxdur. Əgər bununla bağlı tədbir görülməsə, onlara qarşı digər tədbirlər də tətbiq ediləcək”.
Qeyd edək ki, tikinti aparan şirkətin rəhbəri Fəqan Təhməzovdur.
© “Rerport”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















