10 il əvvəl 2 milyard dollar olan bu şirkət, bu gün 160 milyard dollardır
Bloomberg-in bərpaolunan enerji və bu sektor üzrə aparılan araşdırmaları və analizlərə yer verən bir portalı var - BloombergNEF - Bloomberg New Energy Finance.
Bu portalda yaxın zamanda elektrikli avtomobil (elektromobil) seqmentindəki son rəqəmlər və sektorun 2040-ci il hədəfləri ilə hal-hazırkı nəticələrin müqayisə edildiyi bir hesabat dərc olunub.
“Marja” BloombergNEF-in hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə dünyada 2 milyonu tamamilə elektrikli, 1 milyonu da Hibrid olmaqla cəmi 3 milyon ədəd elektromobil satılmışdır. Bu satışın 1,65 milyonu Çində reallaşıb, 400 min elektromobil Avropada, 340 mini ABŞ-da, 80 mini İngiltərədə və 50 min ədədi də Yaponiyada satılmışdır.
2019-cu ilin sonunda dünyada satılmış cəmi elektromobillərin sayı 8 milyon ədədə çatmışdır.
Yer üzündə cəmi 1.2 milyard ədəd minik avtomobil olduğu hesablanır. Bu rəqəmin içində 8 milyonluq elektrikli avtomobil çox kiçikdir.
Ancaq BNEF-in hesabatına görə, cəmi minik avtomobillərinin sayı 2040-cı ildə 1.68 milyard ədəd çatacaq və bu sayın 500 milyonunu elektrikli vasitələr təşkil edəcək.
2019-cu ildə 3 milyon elektrikli (hibrid daxil) avtomobil satılıb, bu ədədin 2025-də 10 milyon, 2030-da 28 milyon, 2040-da isə 56 milyon ədədə çıxması gözlənilir.
Elektromobil bazarı bəlkə bu gün üçün kiçik bir bazardır, amma hesabatlara görə, 20 il sonra dünyada yollarda görülən minik avtomobillərinin üçdə birini elektrikli avtomobillər təşkil edəcək.
TESLA ERKƏN YOLA ÇIXDI
Elektrikli avtomobil istehsalçısı Tesla-nın qurucusu Elon Musk, 2003-cü ildə şirkətin missiyasını "bərpaolunan enerji ilə nəqliyyat mümkündür" deyərək təyin etmişdi. 2008-də Roadster idman modeli ilə ilk istehsalını edən Tesla, daha sonra 2012-də Model S, 2015-də Model X krossoveri ilə istehlakçıların qarşısına çıxdı.
İlk dəfə 2010-cu ildə Tesla-nın səhmləri birjada investorlara satıldı. 13 milyon səhm, qiyməti 17 dollardan satılır və şirkət bu satışdan 226 milyon dollar gəlir təmin edir. Şirkətin ogünkü bazar dəyəri 1.9 milyard dollar olaraq hesablanır.
2014-cü ilə qədər şirkətin səhminin dəyəri 17 dollardan 180 dollara qalxır. 2010-cu ildə 115 milyon dollar gəlir əldə edən TESLA, 2014-cü ildə gəlirlərini 2 milyard dollara qədər qaldırır. Eyni dövrdə, faiz və vergidən əvvəlki gəlirlərini də 136 milyon dollar zərərdən 44 milyon dollar müsbətə keçirir.
2014 – 2019 müddətdə Tesla çox böyüyür. 2014-cü ildəki 2 milyard dollarlıq gəlir 2019-cu ildə 21 milyard dollara çatmışdır. Şirkətin səhminin qiyməti də, 2014-dəki 180 dollardan 2019-un əvvəlində 300 dollara yüksəlir.
Tesla-nın keçən 10 ildə əldə etdiyi bu yüksəlişə gəlirinin artması səbəb olub. 2010-cu ildə 150 milyon dollar xalis zərər açıqlayan şirkət 2019-da 744 milyon dollar zərər açıqlayıb.
Şirkətin zərər etməsinə baxmayaraq, Tesla-nın səhminin qiymətində 2019-un 3-cü rübündən etibarən kəskin bir yüksəliş başlayır. 2019-cu ilin Oktyabr ayında 300 dollar olan Tesla səhminin qiyməti, 3 ay ərzində 900 dollaradək yüksəlib.
Qeyd edək ki, Bloomberg-ə fikir bildirən analitiklərə görə, şirkətin 2020-ci ildə 740 milyon dollar zərər etməsi gözlənilir.
İNVESTOR NƏ ÜÇÜN BU ŞİRKƏTİN SƏHMİNİ ALIR?
BloombergNEF-in bir başqa hesabatı əslində bu mövzuda köməkçi ola bilər. Bu araşdırmaya görə, istehlakçılara "Hansı markaların elektromobil istehsalı var?" deyə soruşulduğunda, iştirakçıların 82%-i Tesla demişdir. Sonra gələn marka isə Toyota-dır.
Yenə eyni sorğuda Amerikalıların 63%-i elektrikli avtomobil mövzusu ilə maraqlandığını söyləmişdir. Bir başqa sualda isə sorğuda iştirak edənlərin 30%-i "Növbəti avtomobil alışında elektrikli avtomobil modellərini də düşünəcəm" deyə cavab vermişdir.
2019-cu ildə ABŞ-da satılan vasitələrin yalnız 2%-inin elektrikli avtomobil olduğu, buna qarşılıq, sorğu iştirakçılarının yaxın zamanda seçimləri dəyişdiyində nələr dəyişə biləcəyini bir düşünün!
Tesla-nın bu gün bazar dəyəri 160 milyard dolları keçib. 10 il əvvəl dəyəri 2 milyard dollar olan şirkət, bu gün 160 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















