Kirayə mənzillər üçün çox böyük sayda müraciət –“BUNA GÖRƏ SİSTEMİMİZ İŞLƏMƏDİ”
331 mənzil üçün 270 minə yaxın müraciət olub
“Elektron Hökumət Mərkəzindən verilən məlumata görə, kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna başlanan gün (22 Yanvar 2020) Elektron İpoteka və Kredit Zəmanəti sisteminə 270 minə yaxın sorğu daxil olub”.
“Marja” xəbər verir ki, bunu bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.
“Müraciətlərin çox olacağı gözlənilirdi. Sorğuların gözlənildiyindən daha çox olması ilə əlaqədar olaraq müraciətlərin qəbulunda problem yarandı. Həmin an 270 minə yaxın sorğu daxil olub. Problem sistemin satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə əlaqədar modulunda baş verdi", - o deyib.
İlham Kələşov bildirib ki, yaxın günlərdə müraciətlərin qəbuluna başlanacaqdır: "Sistemin nasazlığının aradan qaldırılması üzrə işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə, sınaq işləri başa çatdıqdan sonra müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur".
İlkin mərhələdə satmaq öhdəliyi ilə 331 mənzil kirayəyə veriləcək. 2020-ci il ərzində bu sayın 5-6 qatı qədər sayda (1600 -2000 civarında) mənzillərin kirayəyə verilməsi nəzərdə tutulur.
Kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















