Bank ofis mebelləri alır - TENDER
(®) Yelo Bank (keçmiş Nikoil Bank) ofis mebellərinin satın alınması ilə əlaqədar tender elan edir.
1.1 Müsabiqənin məqsədi aşağıdakı şərtlərlə ən yaxşı müqavilə təklifinin müəyyənləşməsidir:
- Miqdar: excel faylda qeyd olunacaq;
- Qiymət: yekun məbləğ ƏDV xaric, həmçinin yekun məbləği ƏDV daxil olmaqla təqdim etməli;
- Hesablanma qaydası: müqavilə bağlanılan zaman müzakirə olunacaq;
- İşin başlanmasının ön tarixi: 10.02.2020 - başlanma tarixi, 15.03.2020 - ilk sifarişin son tarixi.
1.2 Müsabiqə iştirakçılarından tələb olunan şərtlər:
- Mebelin hazırlanmasında cizgilərə uygun olaraq parlaq ağ və mat boz MDF laminat istifadə edilməlidir;
- Kabinələrdə, toplantı və menecer otaqlarında divar üzlənməsi üçün istifadə edilən akustik panellər səsuducu xüsusiyyətlərə malik olmalıdır;
- Skamyaların üzlənməsi üçün kirlənməyə/aşınmaya davamlı parça istifadə edilməlidir;
- Metal hissələrin boyanması üçün cizgilərdə göstərilən rəng koduna uyğun toz boya istifadə olunmalıdır.
1.3 Əgər müsabiqədə iştirak etmək qərarına gəlmisinizsə, bizə autocad və excel (bütün mebellərin siyahısı ilə) faylları üçün 1.5 bəndində qeyd edilmiş elektron ünvana müraciət edin. Xahiş edirik, təklifinizi bütün şərtlər yerinə yetirildikdən sonra 3 fevrala 2020 qədər bizə möhürlənmiş zərfdə Yelo Bank ASC-nin İdarə Heyəti sədrinin adına “Ofis mebelinin hazırlanması kommersiya təklifi - AÇILMASIN” qeydi ilə Baş ofisə təqdim edin.
1.4 1.2 bəndindən fərqli olaraq, təqdim olunmuş müsabiqə təklifləri nəzərə alınmayacaq.
1.5 Sualarınız yarandığı halda göstərilən elektron ünvanlara müraciət edin:
[email protected], [email protected].
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
9 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb














