Rusiya şirkəti Türkiyəyə məhsularını BTQ ilə daşımağa başladı
İstifadəyə verildiyi gündən 2 ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə maraq artmaqda davam edir. Layihənin mövcud imkanları və potensialı, bu yolla yüklərin nəqlinin əlverişliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - "ADY Express" MMC-nin açıqlamasında bildirilir.
Məlumata görə, fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan “ADY Express” BTQ-nin geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçını bu yoldan istifadə etməsinə nail olub. Bu dəfə Rusiyanın “Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulun BTQ daşınmasına başlanılıb.
"ADY Express"in təqdim etdiyi 30 vaqon Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək yola salınıb. Yük vaqonları 5175 km məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb. Yükün ümumi çəkisi 2053 tondur. Bu "Evraz" şirkətinin BTQ ilə nəql olunan ilk yükləridir. Hazırda test rejimində daşınan yüklərin həcminin daha sonra dəfələrlə artırılması nəzərdə tutulur. Evraz bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət bundan başqa, BTQ vasitəsilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsini arzulayır.
"Evraz" dünyanın ən iri mettalurgiya və dağ-mədən şrkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, Cənubi Afrika, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır.
Onu da bildirək ki, bu partiya "ADY Express"in operatorluğu ilə Rusiyadan, BTQ ilə, Türkiyəyə göndərilən ilk dəmir məhsulları deyil. Şirkət artıq ötən ildən başlayaraq Maqnitoqorsk Metallurgiya Kombinatının (MMK) yüklərini Türkiyəyə nəql edir. Hazırda hər ay 20 min ton MMK-ya məxsus polad məhsulları Türkiyəyə daşınır. Bu rəqəmin də, yaxın bir neçə ayda, 30-40 min tona çatdırılması planlaşdırılır. Toplam, "ADY Express"in ancaq 2 bu müştərisinin, ayda 70 min ton yükü BTQ vasitəsilə nəql ediləcək.
Xatırladaq ki, bu vaxta kimi həm Maqnitoqorsk Metallurgiya Kombinatı həm də Evraz şirkəti öz məhsulların Türkiyəyə Qara dəniz vasitəsilə çatdırırdı. Ancaq BTQ vasitəsilə yüklərin nəqli, yük sahibinə bir sıra üstünlüklər qazandırır:
- Yüklərin nəqli hava şəraitindən asılı olmur (gözləmələr olmur)
- Nəqliyyat növü dəyişmir (yüklər ancaq d/y vasitəsi ilə daşınır, vaqonlardan-gəmiyə və gəmidən vaqonlara yüklərin aşırılmasına ehtiyac qalmır. Bu isə əlavə xərc demək idi)
- Məsafə qısalır və nəticədə tranzit vaxtı azalır (yüklər daha tez ünvana çatdırılır)
Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, iri yük sahiblərini bu yolla məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
14 d. əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
31 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
1 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























