Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İQTİSADÇIDAN ETİRAZ
"Təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib"
"Mənzillərin kirayə haqları aşağı salınmalı, iki otaqlı mənzilin kirayə haqqı orta hesabla 321 manat ətrafında olmalıdır".
Bunu iqtisadçı Qubad İbadoğlu kirayə evlərin ilkin qiymətləri ilə bağlı danışarkən bildirib.
Ekspert qeyd edib ki, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub:
"Onun Azərbaycana gətirilməsi təqdir olunsa da, tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyil. Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onları mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib".
İqtisadçının sözlərunə görə, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış minimumunun dəyəri və ev təsərrüfatlarının ölçüsü əsasında müəyyənləşdirilməlidir:
"Hazırkı hesablamalarla 2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər 321 manat ətrafında olmalıdır. Odur ki, təklif edirəm ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun".
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















