Konteyner daşımaları rekord dərəcədə artıb
Qazaxıstanın Almatı şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yığıncaqda qeyd olunub ki, 2019-cu ildə konteyner daşımalarının 71% (10,7 min TEU) artması Xəzər dənizinin limanları üzərindən həyata keçirilən daşımalarda tarixi rekorddur. Görüş iştirakçıları 2019-cu ilin aprel ayında Aktau və Bakı limanları arasında yeni fider xidmətinin istifadəyə verilməsinin artımı şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayıblar. Xəzər dənizində bu xidmətin göstərilməsi dəmir yolu nəqliyyatının istifadəsinin səmərəliliyini artıraraq, konteyner qatarlarının çatdırılmasını xeyli sürətləndirib.
Yığıncaqda Birliyin 2019-cu il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, İdarə Heyətinin tərkibi təsdiq edilib. “Qazaxıstan Dəmir Yolu” SC-nin sədri Sauat Mınbayev yenidən Birliyin sədri seçilib.
İclasda "Anaklia Development Consortium” MMC-nin “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin assosiativ üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılıb. Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd.” və Qazaxıstanın “Aktau Dəniz Şimal Terminalı” şirkətləri isə üzvlüyə qəbul edilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
39 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 42 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























