E-ticarəti iflic edən əngəllər: Bezib Gürcüstana gedirlər...
Banklardakı infrastrukturun zəif inkişaf etməsi və çatdırılmadakı alternativsizlik e-Ticarətin inkişafına ciddi problemlər yaradır.
Biznesin İnkişafı üzrə mütəxəssis Nicat Manafov “Marja”ya bildirib ki, ölkəmizin E-Ticarət ekosistemində təşəbbüskarların qarşılaşdığı əsas 3 əngəl var.
1.Kart Prosessinq şirkətləri: E-Ticarətdə müştərinin kartından ödəməni çəkib, sahibkara çatdırmağa məsul olan prossesinq şirkətləri təssüflər olsun ki, ölkəmizdə çox azdır və rəqabət yoxdur. Aydın məsələdir ki, rəqabət olmadığı üçün çox ləng inkişaf gedir. E-Ticarət qurub, xarici müştərilərə xidmət vermək istəsən, yerli prossesinq şirkətlərinin çox məntiqsiz proseduraları ilə qarşı-qarşıya qalırsınız. Onların bir çoxusu xarici kartlarla ödəməni yerli dibli açmır, açanlar isə müxtəlif limitlərlə və texniki xətalarla e-ticarət biznesini iflic vəziyyətə salır. “Paypal”, “Stripe” və ya digər qlobal ödəmə prossesinq şirkətləri Azərbaycanda olmadığı üçün təşəbbüskarlar bezib qonşu Gürcüstan və ya Rusiyada özlərinə şirkət qurub, ödəmələri xaricdən qəbul edirlər. Bu da ölkəmizin iqtisadiyyatına ciddi zərər verməklə bərabər, kölgə iqtisadiyyatına və vergidən yayınma hallarının artmasına gətirib çıxarır. Burada günah təşəbbüskarlarda yox, qoşulmaq üçün 3 min, 5 min istəyən və 1 aya internet mağazanı öz nasaz sistemlərinə qoşan ödəmə prosessinq şirkətlərindədir. Hələ aldıqları faizləri demirəm. Prosessinq faizi , üstəlik bankdan pulu nağdlaşdırma ortalama sahibkara minimum 4-5% miqdarında itkiyə gətirir!
2.Çatdırılma: İl 2017, regionlara çatdırılmanı bir tərəfə qoyaq, Bakı daxili normal qiymətlərə, canlı rejimdə izlənməsi mümkün olan çatdırılma xidməti mümkün deyil. Kuryer şirkətləri ancaq “dokument” daşımaqla məşğuldur. Təşəbbüskarlar məcbur olurlar öz çatdırılma sistemini qursunlar. Bu da əlavə pul, resurs, yeni layihə deməkdir. Niyə ölkəmizdə Türkiyədəki kimi tam avtomatlaşdırılmış çatdırılma şirkətləri yoxdur? Niyə biz çatdırılmanı taksi şirkətlərinə havalə etməliyik?! Niyə 5AZN-lik məhsula görə 10 KM üçün əlavə 5AZN ödəməliyik?! Bax belə çoxlu niyələr e-ticarəti iflicə salır. Digər şəhərlərə çatdırılmaq üçün “Azərpoçt”dan başqa alternativimiz təəssüf ki, yoxdur. “Azərpoçt”un Bakı ətrafı çatdırılma qiymətləri həm çox bahadır, həm də ciddi infrastruktur və professionalıq çatışmamazlığı var. Ciddi e-ticarət şirkətləri öz məhsullarını çatdırlmağı onlara əmanət etməsi imkansız görünür. Necə olacaq bu çatdırılma?
3.Kredit sistemləri: Bu təkcə e-ticarətdə yox bütün biznes ekosistemindəki təməl problemdir. Təşəbbüskarlar öz layihəsini inkişaf etdirmək üçün Bankdan çox ağır faizlərlə kredit alırlar, hətta bir çoxuna kredit belə verilmir. Digər tərəfdə isə alıcıya məhsulu internet üzərindən kreditlə satmaq istəsən, qanunvericilik imkan vermir. Müştəri banka yaxınlaşıb o şablon sənədləri doldurmalıdır ki, daha sonra cavab deyiləcək. Bütün məlumatların elektron hökümətdə olduğu halda vətəndaşı banka çağırmaq və ondan mənasız forumları doldurtmaq nə qədər məntiqlidir. Bu prosesin özünün belə ölkəmizdə əllə yoxlanılması 2017-ci il üçün çox ağır haldır. Xarici internet mağazalarında kredit rəsmiləşəndən sonra 1 saniyə kifayət edir ki, sistem istehlakçıya kredit cavabını göstərsin. Krediti istehlakçının qapısında məhsulu çatdıranda rəsmiləşdirirlər.
Həqiqətən çox çətindir bunları etmək? Yoxsa hələ də köhnə və çürümüş bank, maliyyə, çatdırılma sistemi ilə e-ticarətin inkişafını yavaşlatmağa davam edəcəyik?! Mövzunun davamında distübutorlarının qeyri peşəkar (müəyyən olmayan stok, kataloqsuz və s.) işləmə prinsipindən bəhs edəcəm.
“Marja.az” üçün Nicat Manafov
Biznesin İnkişafı üzrə mütəxəssis
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 d. əvvəl
- 19 d. əvvəl
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Rəsmi məzənnələr açıqlandı
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...







.jpg)










.jpg)







