ABŞ və Çin arasında ticarət razılaşması imzalandı
ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başçısının köməkçisi Liu He, Ağ Evdə təşkil edilən mərasimdə ABŞ - Çin birinci mərhələ ticarət razılaşmasını imzalayıblar.
"Marja" xəbər verir ki,Tramp mərasimdəki çıxışında razılaşmanın dönüş nöqtəsi olduğunu bildirib.
"Bu gün Çin ilə daha əvvəl atılmamış çox əhəmiyyətli bir addımı ataraq birinci mərhələ ticarət razılaşmasını imzalayırıq. Bu daha əvvəlki hər hansı bir razılaşmadan daha böyükdür" - şərhini edən Tramp, yaxın gələcəkdə Çinə gedəcəyini də bildirib.
Tramp, ikinci mərhələ razılaşma üçün işlərə başladıqlarını ancaq üçüncü mərhələ kimi bir müddətin söz mövzusu olmadığını vurğulayıb.
Çin Dövlət Başçısının köməkçisi Liu, razılaşmanın əhəmiyyətini vurğulayaraq iki ölkə arasındakı bu ticarət razılaşmasının yeni bir dövrün işarəsi olduğunu və bu əməkdaşlığın davam edəcəyinə inandıqlarını bildirib.
İmza mərasiminin ardından Liu He, Çinin qarşıdakı iki il ərzində ABŞ-dan təxminən 40 milyard dollar dəyərində kənd təsərrüfatı məhsullları söyləyib və razılaşmanın bütün dünya üçün yaxşı olacağını qeyd edib.
Liu, Çin Dövlət Başçısı Şi Cinpingin Trampa xitab olaraq qələmə aldığı bir məktubu da iştirakçıların qarşısında oxuyub. Şi Cinping məktubunda birinci mərhələ ticarət razılaşmasından məmnun olduğunu ifadə edib.
Çin Ticarət Nazirliyi, bu ayın əvvəlində ABŞ ilə ticarət müharibəsi daxilində tətbiq edilmiş əlavə vergilərin pilləli endirilməsi üçün razılaşdıqlarını açıqlamışdı.
ABŞ və Çin arasındakı ticarət müharibəsi, ABŞ Prezidenti Donald Trampın 2018-ci ilin Mart ayında Çindən idxal edilən bəzi məhsullara tətbiq etdiyi əlavə gömrük tarifləri ilə başlamışdı.
RAZILAŞMANIN DETALLARI
İki dünya nəhəngi arasındakı müqavilə 30 gün ərzində qüvvəyə minəcək.
Razılaşmaların birinci fəsilində yer alan maddələrə görə iki ölkə bu mövzularda razılaşıblar;
-Çin, ABŞ-dan aldığı məhsul və xidmətləri iki il ərzində 200 milyard dollara yüksəldəcək.
-Çin, ilk il 18,5 milyard dollar, ikinci il 33,9 milyard dollarlıq ABŞ enerji məhsulları satın alacaq.
-Çin, ABŞ-ın istehsalçılardan ilk il 32,8 milyard dollar, ikinci il isə 44,8 milyard dollarlıq məhsullar alacaq.
-Çin, ABŞ-dan 2020-ci ildə 19,5 milyard dollardan az olmamaq şərtilə kənd təsərrüfatı məhsulları satın alacaq.
ABŞ və Çin arasındakı ticarət müharibəsinin sona çatması ilə dünya ticarətindəki gərginliyin də yumşalması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
29 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
50 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























