Azərbaycan Ekoturizm Assosiasiyası təsis edilib
Bir qrup peşəkarlar Azərbaycan Ekoturizm Assosiasiyasını təsis ediblər.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılması təşəbbüsü haqqında bir sıra yerli və xarici mütəxəssislər və təşkilatlarla məsləhətləşmələr aparılıb, təşkilatın İdarə Heyətinə dəvət olan və digər ekspertlərin fikirləri öyrənilib və onların dəstəyi əldə edilmişdir.
Assosiasiyanın əsas məqsədləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən, o cümlədən Azərbaycanı yüksək ekoloji mədəniyyətə malik ölkələr sırasında öndə olması üçün fəaliyyətlərə dəstək vermək və yardımçı olmaqdan ibarətdir.
Bu məqsədlərə nail olmaq üçün Assosiasiya bir sıra fəaliyyətləri realizə etmək niyyətindədir, o cümlədən ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq layihələrə dəstək vermək və onlarda iştirak etmək.
Bunlarla yanaşı, ekoloji mədəniyyəti, ekoturizm, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliq etmək, ölkədə yeni ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqro-turizm, kənd turizmi, eko otellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı ekoturizm ölkəsi kimi tanıtmaq nəzərdə tutulan istiqamətlərdir.
O cümlədən, ekologiya və turizm sahələrində elmi-praktiki araşdırmalar, statistika və sair bu kimi fəaliyyətləri həyata keçirmək, Assosiasiya sıralarında müxtəlif sahələr üzrə mütəxəssisləri birləşdirmək və adı gedən sahələrdə güclü elmi-praktiki “beyin mərkəzi” yaratmaq da Assosiasiyanın məqsədlərindəndir.
Assosiasiyanın təsisçiləri bildirirlər ki, Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmin inkişafına yardımçı olmaq üçün əllərindən gələni əsirgəmiyəcəklər və bu yolda onlara dəstək olmaqa içtimaiyyətə müraciət edirlər, o cümlədən, gəncləri bu yolda daha aktiv olmaqa, təcrübəli peşəkarları əməkdaşlıqa cağırırlar. Assosiasiyanın təsisçiləri ümid edirlər ki, növbəti illərdən biri “Ekologiya və Turizm İli” kimi qəbul ediləcək və bu ekoloji mədəniyyətin və ekoturizmin inkişafına əvəzedilməz töhfə gətirəcək.
Azərbaycan Ekoturizm Assosiasiyasının təsisçiləri aşağıdakılardır:
DAİR Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi, “Azərbaycan Respublikkası Təbiəti Mühafizə Cəmiyyəti”-nin İdarə Heyətinin Sədri, ekologiya sahəsində ekspert Zurab İsrafilov, “Qartal” Dağ İdman Klubunun təsisçisi, peşəkar dağ turizm marşrutları üzrə ekspert Rüfət Qocayev və BDU-nin “Xarici ölkələrin iqtisadi-siyası coğrafiyası və turizm” kafedrasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, kənd turizmi, ekoturizm kimi sahələrdə tətqiqatçı-ekspert Vüqar Dərgahovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
55 d. əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
1 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
-
1 saat əvvəl
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur
-
2 saat əvvəl
410 min manatlıq dərman vasitələri və siqaret üzrə qaçaqmalçılıq - Cinayət işi Məhkəmə göndərilib
-
2 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə müzakirələr aparılıb
-
2 saat əvvəl
Ötən il 853 milyon manat daha çox vergi, 685 milyon manat daha çox sosial sığorta haqları yığılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur
410 min manatlıq dərman vasitələri və siqaret üzrə qaçaqmalçılıq - Cinayət işi Məhkəmə göndərilib
Ən çox oxunanlar
Ötən il 853 milyon manat daha çox vergi, 685 milyon manat daha çox sosial sığorta haqları yığılıb
Paytaxtda unikal piyada körpüsü inşa edilib - VİDEO/FOTO
WEF: Yaşıl iqtisadiyyat 2030-cu ilə qədər 7 trilyon dollara çatacaq

























