Turistlərin Niyazoba çimərliklərinə getməsi rahatlaşacaq
Altı minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun asfaltlanması bir ay ərzində yekunlaşacaq.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tamamilə yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 35,9 kilometrdir. Avtomobil yolunu 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələri təşkil edir. Həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin ümumi uzunluğu 7,7 kilometr olan giriş yolları da yenidən qurulub.
Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Yola yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşmaq üzrədir. Hazırda asfatlanma işləri yolun Ağçay kəndindən keçən ərazisində aparılır.
Tikinti işləri çərçivəsində sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.
Layihəyə uyğun olaraq zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yolboyu yaşayış məntəqələrində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq. Bununla yanaşı, Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















