"Aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub"
"Hazırda Azərbaycana turistlər əsasən 26 ölkədən gəlir". Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.
Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən gələnlərin sayında artım müşahidə olunub: "Azərbaycana turist axını əsasən Körfəz ölkələri, İran, Rusiya və Avropa ölkələrindən gəlir. Ümumilikdə, turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxaracaq. Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Gələcək proqnoza gəlincə, ölkəyə gələn turistlərin sayında böyük artım gözlənilir. Bakıda keçiriləcək İslam Həmrəylyi, Şopinq Festivalı və digər tədbirlər turistlərin müəyyən qədər artmasına imkan yaradacaq".
"Rusiya və ərəb ölkələrindən turist axını 10-15, digər ölkələrdən gələnlərin sayı isə 20-30 dəfə artıb. Ərəb ölkələrindən gələn turistlərə vizaların hava limanlarında verilməsi turizmin inkişafına böyük təkan verib", - deyə A.İsmiyev vurğulayıb.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 25 hostel, 92 apartament turistlərə xidmət göstərir: "Bu müəssisələr özəldir və sahibkarlar tərəfindən yaradılır. Məsələn, apartamentlərin hamısı şəxsi adamların evləridir və turistlərə icarəyə verilir. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması üçün bir sıra tədbirlər həyata keçirilir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 d. əvvəl
-
6 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
34 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA


























