Gəncədə 6 hektarda yaşayış kompleksi tikiləcək, mənzillər güzəştli satılacaq
Vətəndaşların güzəştli mənzillərlə təmin olunması məqsədilə Gəncə şəhərində də yaşayış kompleksi tikiləcək.
“Marja” xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlayıb.
Məbləği 225 min 475 manat olan müqavilə “Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması”nın nəzərdə tutur.
"MİDA" MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması üzrə satınalmalarla əlaqədar açıq tenderi Avqust ayında elan etmişdi.
Həmçinin Noyabr ayında “MİDA” MMC Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2 lot üzrə açıq tender elan edib. Lot-1 "10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi"ni, Lot-2 isə 1170 şagird yerlik orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsini nəzərdə tutur. Tender təklifi zərflərinin açılışı tarixi 27 dekabr 2019-cu il müəyyən edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















