Agentliyin 3 filialı fəaliyyətə başladı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 3 filial fəaliyyətə başlayıb.
Agentliyin yaydığı məlumata görə, 2019-cu ilin dekabr ayından etibarən Mingəçevir, Gəncə və Quba filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər.
Belə ki, Agentliyin Mingəçevir filialı Mingəçevir şəhərini, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarını, Quba filialı isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir. Filiallara rəhbərlik edəcək şəxslər də artıq təyin olunublar. Mingəçevir filialının rəhbəri vəzifəsini Yaşar Qocayev, Gəncə və Quba filiallarının rəhbərləri vəzifələrini isə müvafiq olaraq Azər Dəmirov və İsa Məmmədov icra edirlər.
Agentliyi bölgələrdə təmsil etməklə yanaşı, filiallar müvafiq qanunvericiliyə uyğun olaraq vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması, cavablandırılması işini təşkil edəcəklər.
"Filiallar əhalinin sağlamlığının qorunması məqsədi ilə tədbirlər görəcəklər və icbari tibbi sığortanın təbliği istiqamətində maarifləndirmə işləri aparacaqlar. Həmçinin Agentliyə tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında dəstək olacaqlar. Habelə, filiallar tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər",- məlumatda deyilir.
2020-ci il ərzində Agentliyin daha 8 filialının fəaliyyətə başlaması nəzərdə tutulub. Sözügedən filiallar Şamaxı, Göyçay, Şəki, Şirvan, Şəmkir, Ağcabədi, Cəlilabad və Lənkəranda fəaliyyət göstərəcəklər. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 11 d. əvvəl
-
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























