Azərbaycanda istilik izolyasiya plitələri istehsal ediləcək
Xəbər verdiyimiz kimi Sənaye Məhəlləsində Rusiya investisiyalı “Penopleks SPB” şirkətinin izolyasiya məhsulları istehsalı zavodunun təməli qoyulub.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, zavodda penopolistirol materialından istilik izolyasiya plitələri istehsal ediləcək.
Layihənin investisiya dəyəri 6,5 milyon ABŞ dolları təşkil edir. Zavodda istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Müəssisənin ərazisi 7 hektar olacaq, iş yerlərinin sayı isə 78 nəfərdir. Layihə üzrə istehsal ediləcək məhsulların əsas satış bazarı Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.
“Azərbaycana xaricdən investisiyaların cəlb edilməsi ilə bağlı ölkə başçısının siyasətinə, tapşırıqlarına uyğun olaraq işlər həyata keçirilir. Biz bir çox dost, partnyor ölkələrlə, o cümlədən Rusiya Federasiyasından olan şirkətlərlə də danışıqlar aparırıq. Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı üzrə zavodun tikintisi üçün Rusiya şirkəti ilə razılığa gəlinib. Bu, həm yerli bazarın tələbatının ödənilməsi üçün, həm də ixracın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmin zavodda 100-dək insan işlə təmin olunacaq. Bu, Azərbaycanla Rusiya arasında əməkdaşlığının çox gözəl göstəricisidir”,- Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Məlumat verilib ki, 1998-ci ildə yaradılan və baş ofisi Sankt-Peterburqda yerləşən “Penopleks SPB” MMC-nin əsas fəaliyyət sahəsi polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materialların istehsalıdır. Müəssisə penopolistiroldan hazırlanan istilik izolyasiya piltələr, ekstruziya izolyasiyası və dekorativ-tətbiqi materialları, ümumi təyinatlı polistirol istehsal edilir. Müəssisənin məhsullarının üstünlükləri onların sıxılmaya qarşı yüksək davamlılığının, sıfır su udma qabiliyyətinin, dəyişməz aşağı istilik keçiricilik əmsalının, piltələrin yüngül çəkisi və rahat həndəsi forması, tam biostabil davamlılığının, ekoloji və materialların uzunömürlü olmasıdır. Şirkətin mövcud zavodları 8-i Rusiyada, biri Qazaxıstan və biri Özbəkistanda fəaliyyət göstərir. Məhsullar əsasən divarların, damların, kürsülərin, fundamentlərin, yaşayış və ticarət binalarının eyvanlarının, heyvandarlıq fermalarının, istixanaların, mühəndis kommunikasiya xətlərinin, soyuducuların, idman tikililərinin, seysmoloji cəhətdən təhlükəli ərazilərdə bina və tikililərin deformasiya tikişlərinin izolyasiyasında istifadə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
7 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
7 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 9 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















