"Azərişıq" sayğac almaq planlarını açıqlayıb
Dövlət Elektrik Paylayıcı Şirkəti "Azərişıq" ASC gələn il üçün satınalma planını dekabrın 4-də açıqlayıb. Dövlət satınalmaları portalında verilən məlumata görə, "Azərişıq" 610 min ədəd, o cümlədən smart kart tipli 100 min ədəd bir fazalı sayğac almaq niyyətindədir.
Bu il "Azərişıq" sayğacların alınması üzrə "Gatdigital" QSC və “Sensemi DMCC OF DUBAİ” ilə iki publik müqavilə bağlayıb, amma onların sayı barədə məlumat verilmir. Fevral və iyul aylarında imzalanan müqavilələrin ümumi dəyəri 7 milyon manatdan (4 milyon 158 min dollar) çoxdur.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin doqquz ayı ərzində Azərbaycana ümumi dəyəri 6 milyon 643,3 min ABŞ dolları olan 247,8 min ədəd elektrik sayğacı tədarük edilib. Sayğaclar əsasən Türkiyədə (170,4 min ədəd, bir ədədi 13,84 dollar) ) və Çində (77,066 ədəd, biri 54,69 dollar) alınıb.
© "Turan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















