Azərbaycanlı marketoloqun təşəbbüsü Ginnesin Rekordlar kitabına düşüb
Hazırda Dubayda tanınmış şirkətlərdən birinin Marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı Vüqar Adıgözəlov çox maraqlı bir ideyanı reallaşdıraraq, Ginnes Dünya Rekordlarına adını yazdırıb.
Bu barədə danışan Vüqar Adıgözəlov indiyədək 65 ölkəyə səyahət etdiyini deyib.
“İş elə gətirdi ki, illər öncə Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi aldım və Dubaya köçməyə qərar verdim. Çoxmillətli meqapolisdə yaşamaq mənə müxtəlif millətlərin ənənələrini daha yaxından öyrənməyə kömək oldu. Dubayda demək olar ki, dünyanın bütün millətlərindən insan yaşayır.
2019-cu il isə Əmirliklərdə Tolerantlığın və çoxmillətliyin bayram edildiyi bir il oldu və il ərzində tolerantlıqla bağlı bir sıra tədbirlər həyata keçirildi. Hazırda Oxford Universitetində magistr təhsili aldığım üçün çox tez-tez səyahət edirəm. Bir neçə ay öncə növbəti dəfə səfərdən qayıdanda təyyardə qeyri-adi bir elanla rastlaşdım, kapitan bildirdi ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir, düzü, bir təyyarə heyətində bu qədər müxtəlif millətin çalışdığını öyrənmək mənə çox maraqlı gəldi. Bələdçi söylədi ki, təyyarədə 50-dən çox millətdən sərnişin var.
Evə çatar-çatmaz dunyada ən çox millətin uçduğu uçuşla maraqlanmağa başladım, belə məlumata rast gəlməsəm də, qarşıma çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığını öyrəndim.
Amma mənim ideyam çılğın olduğu qədər də bahalı idi. Ümidimi itirmədən fikrimi dostlarla payaşıb dəstək axtarışına çıxdıq. Tezliklə ideyanı çox yüksək səviyyədə həyata keçirə bilməyimizə şərait yarandı.
29 noyabr tarixində BƏƏ-nin 48-ci Milli günü və ölkədə “Tolerantlıq ili” münasibətilə 145 millətin nümayəndəsi tarixi uçuş üçün hava limanına toplaşdı. Milli seçim nəticəsində püşkatma yolu ilə seçilmiş şərnişinlərlə yanaşı, tarixi uçuşda 500-dən çox sərnişin, Ginnes Dünya Rekordları komitəsi nümayəndələri, kral ailəsi üzvləri, media mənsubları da iştirak edirdi.
Uçuş üçün bütün sərnişinlər qeydiyyat, gömrük və təhlükəsizlik prosedurlarını keçərək terminal binası vasitəsi iə təyyarəyə daxil olublar, uçuş zamanı sərnişinlərə qəlyanaltı və sərinləşdirici içki təkif olunub ki, bununla da standart bir uçuşda olan bütün presedurlara riayət olunub.
Rəsmi rekord cəhdi üçün “Emirates” hava yollarına məxsus A380 təyyarəsi (təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib). Tarixi EK2019 səfər sayısı olan reys Dubay Beynəlxalq Hava Limanından (DXB) qalxaraq, BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edəndən 1 saat sonra yenidən Dubaya qayıdıb.
Uçuşdan öncə Ginnes rəsmisinin bildirdiyinə görə, ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın. Təyyarənin göyərtəsində olarkən Ginness Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq, rekordun qeydə alındığını bildirdi. Beləliklə, bu hadisə və hava yolları Ginness Dünya Rekordu olaraq qeydə alındı və Rəsmən Möhtəşəm titulunu qazandı".
Təyyarə yerə endindikdn sonra Dubay polisinin musiqi ansamblının iştirakı ilə rəsmi mükaftlandırma mərasimi təşkil olunub, Hava yolu və bütün iştirakçılar rəsmi rekord sertifikatı ilə təltif olunublar.
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
30 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
39 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 41 d. əvvəl
-
51 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 59 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib


















