Azərbaycandakı bankın sahibinin səhmdar strukturu dəyişir - MÜQAVİLƏ İMZALANDI
İtaliya bankı "UniCredit" və Türkiyənin şirkətlər qrupu "Koç Holdinq" (Koç Topluluğu),"Yapı Kredi" və "Koç Finansal Hizmetleri" şirkətindəki paylar ilə bağlı yeni müqavilə imzalayıblar.
"Marja" "Koç Holdinq"in yaydığı açıqlamaya istinadən xəbər verir ki, müqaviləyə əsasən əməliyyatların tamamlanması ilə "Koç Holdinq" - "UniCredit" iş ortaqlığı sona çatacaq, "Yapı Kredi" səhmdar strukturu yenidən təşkil ediləcək. "UniCredit" və "Koç Holdinq"in 50/50 ortaq olduqları "Koç Finansal Hizmetleri"nin bütün səhmləri "Koç Holdinq"ə keçəcək ("Koç Finansal Hizmetleri" şirkətinin 100% səhmdarı "Koç Holdinq" olacaq). "UniCredit" "Koç Finansal Hizmetleri"ndəki payının qarşılığında "Yapı Kredi"də birbaşa paya sahib olacaq.
Mövcud vəziyyətdə "Yapı Kredi"nin 81,92% hissəsi "Koç Finansal Hizmetleri"nə aidkən, əməliyyatdan sonra "Koç Holdinq" "Yapı Kredit"in nizamnamə kapitalının 9,04%-nə birbaşa, 40,95%-inə də "Koç Finansal Hizmetleri" vasitəsilə sahib olacaq.
"UniCredit" isə "Yapı Kredi"nin nizamnamə kapitalının 31,93%-nə birbaşa sahib olacaq. "Yapı Kredi"nin qalan 18,08% nisbətindəki səhmləri İstanbul birjasında ticarət olunmağa davam edəcək. Əməliyyatların lazımlı icazələrin alınmasının ardından 2020-nin ilk yarısında tamamlanması gözlənilir.
Qeyd edək ki, "Yapı Kredi" bankı Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarıdır.
"Yapı Kredi"nin hazırda səhmdar strukturu:
"Koç Finansal Hizmetleri" - 81,92%
İstanbul birjasında ticarət olunur - 18,08%
Əməliyyat tamamlanandan sonra "Yapı Kredi"nin yeni səhmdar strukturu:
"Koç Holdinq" - 9,04%
"Koç Finansal Hizmetleri" - 40,95%
"UniCredit" - 31,93%
İstanbul birjasında ticarət olunur - 18,08%.
Struktur dəyişikliyi əməliyyatı başa çatdıqdan sonra, "Koç Finansal Hizmetleri" şirkətinin 100% sahibi "Koç Holdinq" olacağından, "Yapı Kredi Bankası"nın 49.99% hissəsinə "Koç Holdinq" nəzarət edəcəkdir.
"Koç Holdinq"in İdarə Heyətinin sədri Ali Koç bildirib:
"UniCredit ilə 2002-ci ildə "KoçBank" ilə başlayan, 2005-dən bu yana isə "Yapı Kredi" ilə davam edən ortaqlığımız bankımızın inkişafına əhəmiyyətli kömək təmin etdi. Bilindiyi kimi "UniCredit" bir müddətdir portfelini optimallaşdırmaq strategiyasını icra edir. "Koç Holdinq" olaraq Bankımız üçün hədəflərimizi böyütdüyümüz bir dövrdəyik. Hər iki tərəfin öz strateji iş hədəfləri və məqsədləri istiqamətində ortaqlığımızı yenidən şəkilləndirmək qərarı verdik.
17 ildir icra etdiyimiz əməkdaşlıq üçün "UniCredit"ə təşəkkür edirik. Ölkəmizin iqtisadiyyatına və bankçılıq sektoruna olan inancımızın böyük bir göstəricisi olaraq, əməliyyatların tamamlanması il birlikdə "Yapı Kredi"də ən böyük pay sahibi "Koç Holdinq" olacaq. "Yapı Kredi" üçün yeni bir dövrün başlanğıcına şahidlik edirik. Bankımız yeni dövrdə güclənərək böyüyəcək. Yolumuza daha da iddialı davam edərkən, ölkəmizin iqtisadiyyatına təmin etdiyimiz dəstəyi və sərmayələrimizi artıraraq davam etdirəcəyik".
“UniCredit" Bankda birbaşa paya malik olduğundan istədiyi zaman və digər tərəfə məsləhətləşmədən üçüncü tərəfə səhm satışı edə biləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
-
11 d. əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 17 d. əvvəl
-
38 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
45 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Ən çox oxunanlar
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır






















