"Bu il kredit borcumuzdan 66 milyon avro qaytaracağıq"
"SOCAR Carbamide Plant" zavodu tikinti məqsədilə cəlb olunan kreditin ödənilməsinə başlayıb, cari ildə ödnilən vəsaitin həcmi 66 milyon avro təşkil edəcək. Bu barədə müəssisənin baş direktoru Xəyal Cəfərov məlumat verib.
“Kreditin ödənilməsi prosesinə artıq başlanıb. İyunda faizlər nəzərə alınmaqla 33 milyon avro məbləğində ilk tranşı ödəmişik, dekabrın ikinci yarısında analoji məbləğ tranş formasında ödəniləcək. Beləliklə, cari ilə kredit üzrə ödənişlərin ümumi məbləği 66 milyon avro təşkil edəcək və faizlər nəzərə alınmaqla təqribən daha 400 milyon avro ödəniş qalacaq”, - Cəfərov bu gün jurnalistlərə bildirib.
O, həmçinin məlumat verib ki, 2019-cu il noyabrın 1-nə zavod təxminən 125-130 min ton karbamid istehsal edib. Bunun təqribən 15 min tonu daxili bazarda realizə olunub, 30 min tonu müəssisənin anbarlarındadır, qalanı ixraca yönəldilib.
“Cari ilin sonunadək daha 50 min karbamid istehsal etməyi ümid edirik. 2020-ci ildə istehsal həcmi 600-650 min ton, ixrac həcmi – 500-550 min ton səviyyəsində planlaşdırılır. Eyni zamanda, ixrac strukturunda 75-80%-in Türkiyə bazarının payına düşəcəyini gözləyirik”, - Cəfərov bildirib.
Baş direktor qeyd edib ki, yay və qış mövsümündə əkin işləri ərəfəsində dünya bazarlarında karbamidə qiymətlərin pik səviyyəsi müşahidə olunur. “Hazırda karbamid bazarında durğunluqdur. İndi biz gələn ilin yanvar-fevral aylarında dünyada karbamidin qiymətlərində artım gözləyirik”, - o vurğulayıb.
O cümlədən, Cəfərov məlumat verib ki, daxili bazarda müvafiq lisenziyalara malik olan 15-20 şirkət zavodun məhsullarının alıcılarıdır.
“Daxili bazarda hər kəs üçün açıqıq. Arzu edən, müvafiq lisenziyaya malik olan kər kəs məhsulumuz ala bilər”, - o əlavə edib.
Xəbər verildiyi kimi, hökumətin proqnozlarına əsasən, 2019-cu ildə "SOCAR Carbamide Plant" zavodunda karbamid istehsalı 200 min ton, 2020-ci ildə - 500 min ton, 2021-ci ildə - 620 min ton, 2022-ci ildə - 640 min ton, 2023-cü ildə - 650 min ton təşkil edəcək.
"SOCAR Carbamide Plant" zavodu 2019-cu il yanvarın 16-da istismara verilib.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir.
Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, hazır məhsulun illik 500 min tonunadək həcmi ixraca göndəriləcək.
Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 mln. avro təşkil edib. Bunun 197 mln. avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait, 500 mln. avro – borc vəsait, 80-85 mln. avro – SOCAR-ın öz vəsaiti hesabına tikinti zamanı büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
24 d. əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
-
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
1 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















