İtaliya bankı "Yapı Kredi"dəki payını satır
Türkiyənin "Koç Holding" şirkəti tərəfindən edilən İctimaiyyəti Məlumatlandırama Platformasına (KAP) verilən açıqlamada, İtaliya bankı "UniCredit" ilə "Yapı Kredi" barədə danışqlarının davam etdiyi, ancaq hər hansı bir idarə heyəti qərarı verilmədiyi qeyd edilib.
"Marja" xəbər verir ki, "Reuters"in üç mənbəyə istinadən yaydığı xəbərində, "UniCredit"in bankdakı payını azaldacaq bir razılaşma təmin etdiyi bildirilib. Xəbərdə İtaliya bankınnın "Yapı Kredi"yə nəzarət edən "Koç Finansal Hizmetleri" (KFS) şirkətindəki 50% payını "Koç Holding"ə satmağı planlaşdırdığı qeyd edilib.
"UniCredit" və "Koç Holding" "Koç Finansal Hizmetler" şirkətində bərabər paya (50/50) sahibdirlər. "Koç Finansal Hizmetler"i "Yapı Kredi"nin təxminən 82%nə sahibdir. Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarı "Yapı Kredi"dir.
"Koç Holding"in açıqlamasımnda bu ifadələrə yer verilib:
"Yapı Kredi"nin (YKB) nizamnamə kapitalında birbaşa və dolayı olaraq üstünlük təmin etməmək şərti ilə, pay alışı daxil KFS və YKB ortaqlıq strukturlarının yenidən formalaşdırılması ilə əlaqədar olaraq "Unicredit" ilə danışqlarımız davam etməkdədir. Mövzu ilə bağlı olaraq hər hansı bir idarə heyəti qərarı verilməmişdir".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 20 saat sonra
-
- 6 d. əvvəl
-
19 d. əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
1 saat əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub





















