"Azərbaycana “Super Muşşak” təyyarələrini göndərməyə başlamışıq"
Pakistan Azərbaycana 10 ədəd “Super Muşşak” hərbi təlim təyyarələrinin göndərilməsinə başlayıb.
Bunu müsahibəsində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi deyib.
“Pakistanın hərbi sənayesi inkişaf edib. Biz hər cür silah növü istehsal edirik. Bizim özünü doğrultmuş JF-17 qırıcı təyyarələrimiz var. Bu da müzakirə mövzusu ola bilər. Biz, həmçinin hərbçilərin təlimləri məsələlərində də yaxın əməkdaşlıq edə bilərik. Biz terrorizmlə daim mübarizə aparırıq. Pakistan qədər terrora məruz qalan ikinci ölkə yoxdur. Ölkəmizdə 70 min insan terrorun qurbanı olub”, - deyə dövlət başçısı bildirib.
Dağlıq Qarabağ və Kəşmir məsələlərində hər iki ölkənin bir-birini dəstəklədiyini söyləyən Prezident Arif Alvi deyib ki, Pakistan və Azərbaycanın məqsədi sülh və əmin-amanlığa, BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır: “Hesab edirəm ki, sülhə alternativ yoxdur. Ölkələrin inkişafı üçün münaqişələri dayandırmaq, sülhə nail olmaq lazımdır”.
Digər əməkdaşlıq istiqamətlərindən danışan dövlət başçısı iqtisadiyyat, səhiyyə, təhsil sahələrində də geniş imkanların olduğunu bildirib.
“Pakistanda yaxşı həkimlər, yaxşı məktəblər var. Neft sahəsində təcrübəsi olan Azərbaycan Qvadarda neft emalı müəssisəsi yaratmaq barədə təklif irəli sürüb. Şimal-Cənub nəqliyyat dəhlizi ilə qarşılıqlı yük daşımaları mümkündür. Həmçinin kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Pakistan kənd təsərrüfatı ölkəsidir. Eyni zamanda turizm sahəsində də yaxşı perspektivlər var. Azərbaycanın turizm sahəsində uğurlar əldə etməsini eşitmək xoşdur. İnsanlarımız arasında əlaqələrin intensivləşməsi dostluğumuzu daha da möhkəmləndirəcək. Pakistan xalqı bütün məsələlərdə Azərbaycanın yanındadır”, - deyə Prezident qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
26 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
38 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
45 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
54 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
















.jpg)








